İnsanlara hürriyət, millətlərə istiqlal!

Xersonda da yer-yerindən oynayır, Xankəndidə də - nələr olacaq? - Üzeyir Cəfərovla “Canlı debat”da

1152 30.08.2022 13:56 Gündəm A A

“Bu, Rusiya hərbçiləri və cəmiyyəti üçün fəlakət olacaq. Bu, avqustun 29-da başladı və aktiv fazaya keçdi. Bu, ölümə doğru uzun yoldur...”

Bunları Ukrayna Prezident Ofisinin müşaviri Aleksey Arestoviç Xerson istiqamətində Ukrayna Ordusunun başlatdığı əks-hücumu şərh edərkən deyib. O, bildirib ki, məhz 29 avqust günü rus ordusu və Putin hakimiyyəti üçün fəlakətin başlanğıc nöqtəsi sayıla bilər.

Bundan öncə Ukrayna Silahlı Qüvvələrinin sözçüsü Natalya Qumenyuk Xerson şəhəri başda olmaqla, Ukraynanın cənubundakı işğal ərazilərində yaşayan dinc əhalini yaşayış yerlərini tərk etməyə və işğalçı hərbi qüvvələrin toplaşdığı yerlərdən, hərbi obyektlərdən uzaq durmağa çağırıb.

Prezident Volodimir Zelenski isə əks-hücumun detalları barədə heç nə danışmadan sadəcə, “işğalçıları Ukrayna sərhədlərinə qədər” qovacaqlarını bildirib.

Bundan sonra Ukrayna Ordusu rəsmiləri Xerson istiqamətində 4 yaşayış məntəqəsinin işğaldan azad edildiyini bildirdilər. Məlum oldu ki, rus ordusunun birinci müdafiə xətti bir sıra istiqamətlərdə yarılıb və qondarma “dxr”-in 109-cu polkunun döyüşçüləri, eləcə də rus desant bölmələri səngəri qoyaraq qaçıblar. Bununla bağlı mətbuatda və sosial şəbəkəlrdə videolar da yayılıb.

Həmçinin, Ukrayna tərəfinin rəsmi məlumatında avqustun 29-da Rusiya ordusunun daha 450 hərbçisinin məhv edildiyi bildirilib. Xeyli vaxt idi ki, bir gündə bu dədər rus hərbçisinin məhv edildiyinə dair məlumata rast gəlinmirdi. Adətən bu rəqəm 80-120 nəfər arasında dəyişirdi. Məhv edilmiş canlı qüvvə sayının birdən birə dəfələrlə artmasının özü də cənubda qızğın döyüşlərin başladığından xəbər verir. Bir çox hərbi ekspertlər isə bu əməliyyatları böyük əks-hücumun hazırlığı kimi təqdim edirlər.

Eyni zamanda Xankəndində da sentyabrın 2-də keçiriləcək yürüşlə bağlı gərginlik var. Nə gözlənilir? Azərbaycan hansı addımları atacaq?
Bu və gündəmdəki bir çox məsələləri bu gün saat 14.00-də hərbi ekspert Üzeyir Cəfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

 Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR