İnsanlara hürriyət, millətlərə istiqlal!

Xərçəngdən əziyyət çəkirdi, amma...- Nazir vəzifəsinə geri qayıdır - FOTO

11409 28.01.2024 09:15 Dünya A A

Dekabr ayında prostat xərçəngindən əməliyyat olunan ABŞ-ın müdafiə naziri Lloyd Ostinin vəzifəsinə qayıdacağı açıqlanıb.

Musavat.com xəbər verir ki, Walter Reed Milli Hərbi Tibb Mərkəzinin həkimləri dünən Ostinin sağalma prosesinin yaxşı getdiyini və "nazirin prostat xərçənginin erkən və effektiv şəkildə müalicə edildiyini" bəyan ediblər.

ABŞ Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, Ostin öz vəzifəsinin icrasına bazar ertəsindən davam edəcək.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri ötən il dekabrın 22-də prostat xərçənginin müalicəsi üçün əməliyyat olunub. Yanvarın 1-də Ostin müxtəlif ağırlaşmalar, o cümlədən kəskin qarın, bud və ayaq ağrıları, həmçinin ürəkbulanma səbəbindən yenidən xəstəxanaya yerləşdirilib və onda sidik yollarının infeksiyası olduğu müəyyən edilib. İki həftə xəstəxanada qalan nazir müalicədən sonra yanvarın 15-də evə buraxılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR