İnsanlara hürriyət, millətlərə istiqlal!

Xələf Xələfov Xorvatiya Parlamentinin sədr müavini ilə görüşüb

258 15.05.2023 23:44 Siyasət A A

Xələf Xələfov Azərbaycan Respublikası Milli Məclisinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Xorvatiya Respublikası Parlamentinin sədr müavini Davorko Vidoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə uzun illər ərzində ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan səmərəli əməkdaşlıq əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, bu prosesdə siyasi dialoqun, rəsmi səfər mübadilələrinin, habelə parlamentlərarası əməkdaşlığın mühüm rol oynadığı vurğulanıb. Münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğu bildirilib.

X.Xələfov post-münaqişə dövründə bölgədə yaranan yeni reallıqlar və işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa və quruculuq işləri haqqında ətraflı məlumat verib.

D.Vidoviç dost Azərbaycana səfər etməkdən məmnunluq duyduğunu və Xorvatiyanın ölkəmizlə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu qeyd edib. Xorvatiyalı vitse-spiker bölgədə davamlı sülh və sabitliyin təmin olunmasının vacibliyini vurğulayaraq, bu xüsusda Azərbaycanın səylərini yüksək qiymətləndirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR