İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəbər ölkənin gündəmini SİLKƏLƏDİ - Hakan Fidanla təmasa keçdilər və...

2920 21.06.2023 15:57 Son xəbər A A

ABŞ-da fəaliyyət göstərən “Al Monitor” xəbər saytı ABŞ dövlət katibi Blinkenin İngiltərənin paytaxtı Londonda Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşəcəyini yazıb.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, görüşün 21-22 iyun tarixlərində Londonda keçiriləcək konfrans çərçivəsində baş tutacağı bildirilib.

Adının açıqlanmasını istəməyən diplomatik mənbələr “Al Monitor”a deyiblər ki, gündəmin əsas mövzusu İsveçin NATO-ya üzvlüyüdür.

Görüş üçün müraciətin hansı tərəfdən olduğu sualına isə eyni mənbələr cavab verməyib.

Türkiyənin uzun müddətdir İsveçin NATO üzvlüyünü təsdiq etmədiyini xatırladan sayt proseslə bağlı qeyd edib:

“ABŞ Türkiyəni iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitində İsveçin üzvlüyünü ratifikasiya etməyə çağırır. Bununla belə, Prezident Ərdoğan Skandinaviya ölkəsinin Türkiyənin təhlükəsizlik problemlərini, xüsusən də Ankaranın terrorçu hesab etdiyi çoxlu sayda Türkiyə vətəndaşının ekstradisiyası məsələsini adekvat şəkildə həll etmədiyini deməkdə davam edir”.

“Al Monitor”un xəbəri qonşu Yunanıstanda da böyük əks-səda doğurub.

“Etnos” qəzeti gəlişməni oxucularına “Fidan və Blinken Londonda görüşür” başlığı ilə təqdim edib.

“Bu, Fidanın amerikalı həmkarı ilə Türkiyənin xarici işlər naziri olduqdan sonra ilk görüş olacaq”, - xəbərdə qeyd olunub.

“Kathimerini” də Blinken-Fidan görüşünə geniş yer verib: “Blinkenlə görüş reallaşarsa, Fidanın bu yaxınlarda türk diplomatiyasının başına keçdikdən sonra iki nazir arasında ilk üzbəüz görüş olacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR