İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaricilərin Çinə yatırımları kəskin azalıb

511 15.09.2023 20:17 İqtisadiyyat A A

Yanvar-avqust aylarında materik Çin iqtisadiyyatına birbaşa xarici investisiyaların (FDI) həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz azalaraq 847,17 milyard yuan (118 milyard dollar) təşkil edib

Musavat.com Çin Ticarət Nazirliyinin məlumatına istinadən xəbər verir ki,
investisiyalar azalsa da, səkkiz ayda ölkədə 33 154 yeni xarici müəssisə yaradılıb ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 33 faiz çoxdur.

Yanvar-avqust aylarında Fransa və Kanadadan Çin iqtisadiyyatına birbaşa investisiyalar iki dəfədən çox, Böyük Britaniyadan isə 2,3 dəfə artıb. Çin Ticarət Nazirliyinin sözçüsü He Yadonq bildirib ki, Çin bazarı xarici investisiyalar üçün cəlbedici olaraq qalır.

O, həmçinin ABŞ və Avropa İttifaqının Çinə investisiyalarının son illərdə kəskin şəkildə azalması ilə bağlı iddiaları rədd edib. 2022-ci ildə onların investisiyalarının ümumi həcmi 86 milyard yuana (12 milyard dollar) çatıb ki, bu da 2018-ci illə müqayisədə 15,6 faiz çoxdur: “Bu il beynəlxalq şirkətlərin bir çox top-menecerləri Çinə səfər edərək Çin bazarının “seçim deyil, zərurət” olduğunu söylədilər və ölkəyə investisiyaları artırmağa söz verdilər”.

Xatırladaq ki, 2022-ci ilin sonunda Çin iqtisadiyyatına birbaşa xarici investisiyaların ümumi həcmi 6,3 faiz artaraq 1,23 trilyon yuana çatmışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR