İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xarici investorlar Azərbaycana gəlməkdən qorxmamalıdırlar” - Qüdrət Həsənquliyev

319 14.11.2023 15:35 Ölkə A A

Deputat, Milli Məclisin hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentdəki çıxışında bildirib ki, dövlət büdcəsinin müzakirəsi dövlət müstəqilliyimizi bərpa etdiyimiz dövrdən ilk dəfədir Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğu əlamətdar bir tarixə təsadüf edir.

“Buna görə prezident başda olmaqla bütün hakimiyyət orqanları, silahlı qüvvələrimiz ən xoş sözlərə layiqdir”, - deputat əlavə edib.

Q.Həsənquliyevin sözlərinə görə, amma büdcə zərfi və Hesablama Palatasının rəyi ilə tanış olanda təəssüf hissi müşahidə edirik ki, 10 milyon əhalisi olan ölkəmiz üçün 34 milyard 173 milyon manat gəlirləri olan büdcə olduqca kiçikdir:

“Onun da 12 milyard 781 milyonu Dövlət Fondundan transfertdir. 2023-cü ildə Ümum Daxili Məhsul real ifadədə cəmi 0,5 faiz artıb. Sanki durğunluq dövrünə qədəm qoymuşuq. Hasilatın pay bölgüsü sazişləri üzrə mənfəət vergisi hasilatın gündəlik 22 min barell azalması səbəbindən 2024-cü il üçün 1 milyard 975 milyon manat proqnozlaşdırılır ki, bu da cari ildə 2 dəfə azdır.

Dövlət Neft Fondundan transfertlər çıxılarsa dövlət büdcəsinin gəlirləri 2022-ci illə müqayisədə 6, 2023-cü illə müqayisədə isə 3, 4 faiz azdır. 2024-cü ilin büdcəsindəki 282,5 milyonluq artım Dövlət Neft Fondundan tranfertlər hesabınadır.

İqtisadiyyatımızın neft gəlirlərindən asılılığına son qoymaq və büdcə gəlirlərini əhəmiyyətli ölçüdə artıra bilmək üçün ciddi islahatlar həyata keçirməliyik. Biz hamımız hansısa sahələrə daha çox vəsait ayırlmasını təklif edirik. Amma çox təəssüf ki, büdcəmizin həcminin bizim qədər 10 milyon əhalisi olan, amma büdcə gəlirləri bizdən ən azı 3 dəfə artıq olan Avropa ölkələrinin büdcəsinə necə yaxınlaşdırılması barədə az təklif veririk. Halbuki qiymətləri qaldıranda Avropa ölkələrindəki vəziyyətə çox istinad olunur”.

Deputat qeyd etdi ki, bunun üçün elə Avropa ölkələrinin yolu ilə getməliyik:

“Sürətli iqtisadi inkişafımızın qarşısında ən böyük maneə qanunların ailiyinin tam təmin olunmamasıdır. Buna ən bariz nümunə  işğaldan azad olunmuş ərazilərdə tenderlər keçirilmədən milyardlarla manat vəsaitin xərclənməsidir. İnkişaf, sabitlik və rifah istəyiriksə, konstitusiyaya uyğun olaraq dövlət bizneslə məşğul olamamalı, iqtisadiyyatda yalnız tənzimləyici rol oynamalıdır. İnhisarçılığa və proteksionizmə son qoyulmalı, rəqabət mühiti formalaşdırılmalı, dövlət müəssiləri, xəstəxanalar, xidmət sahələləri özəlləşdirilməlidir. Korrupsiyaya qarşı effektiv mübarizə təşkil etmək üçün məhkəmə-hüquq islahatları dərinləşdirilməlidir”.

Q.Həsənquliyev qeyd edib ki, qanunların aliliyi təmin edilməsə İqtisadiyyat Nazirliyinin səyləri ciddi nəticələr verməyəcək:

“Sabit Vergi Məcəlləsi olmalıdır. Son 3 ildə Vergi Məcəlləsinə neçə dəyişiklik etmişik? Sayı-hesabı itib. Vergi dərəcələri, rüsumlar, ödəmələr, konstitusiyaya uyğun olaraq qanunla müəyyən olunmalıdır. Hər bir nazirlik özü üçün xidmət haqqı müəyyən edə bilməz. Xidmətə görə büdcədən maaş alırlar. Sahibkar ən azı 5 il müddətində gəlir çıxarını proqnozlaşdıra bilməlidir. Qanunları tez-tez dəyişməklə, hansısa vergi güzəştləri müəyyən edib, sonra ləğv etməklə iqtisadi inkişafa töhvə vermək olmaz.  Mülkiyyətə və hüquqlara təminat verən güclü məhkəmə hakimiyyəti yaratmadan, müasir texnologiya cəlb etməklə sənayeni inkişaf etdirmədən ciddi uğurlara imza atmaq mümkün deyil. Biz, tezliklə Ümumdünya Ticarət Təşkilatına və regional iqtisadi birliklərə qoşulmalıyıq. Xarici investorlar Azərbaycana gəlməkdən qorxmamalıdırlar”.

Q.Həsənquliyev bildirib ki, büdcəyə əlavə vəsait cəlb edəcəyimiz sahələrdən biri tikinti sektorudur:

“Bakı Şəhər İcra Hakimiyyəti başçısının keçən il səsləndirdiyi rəqəmlərə əsaslansaq yalnız Bakı şəhərində minə qədər qəzalı bina var. Amma sahibsiz sahibkarlar yaşayış binaları tikmək üçün yer tapa bilmədiklərindən xarici ölkələrə üz tuturlar”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR