İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndinə qayıtmaq üçün petisiyaya başladılar

7823 31.01.2024 10:20 Siyasət A A

Başı əzilmiş xunta rejiminin dirçəldilməsi üçün İrəvanda təhlükəli proseslər başladıldı; Ermənistanı fəlakətə sürükləyənlərə Bakıdan sərt cavablar

Ermənistanda Qarabağ ermənilərinin repatriasiyası üçün yeni yaradılmış komissiya işə başlayıb, tərkibi getdikcə genişlənir. Bu barədə "AzadlıqRadiosu"nun erməni xidmətinə özünü “Dağlıq Qarabağın xarici əlaqələr komissiyasının sədri” adlandıran Vahram Balayan məlumat verib. Qeyd edək ki, bu, hökumətin təşəbbüsü deyil. Komissiya Qarabağdan olan ayrı-ayrı separatçıların, eləcə də onun sədri olan Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın təşəbbüsü ilə yaradılıb. 

Etiraf etmək lazımdır ki, hazırda Ermənistanda ermənilərin geri qaytarılması məsələsi gündəmdədir. Dövlət rəsmiləri çıxışlarında əsasən Qarabağ ermənilərinin erməni cəmiyyətinə inteqrasiyasından, onlara vətəndaşlıq verilməsindən, humanitar ehtiyaclarının ödənilməsindən bəhs edirlər. Qarabağa qayıdış mövzusuna gəlincə, bu, əsasən artıq adıçəkilən Vardan Oskanyanın xüsusi fəal olduğu revanşist və müxalifət dairələrində müzakirə olunur. Azərbaycan hakimiyyəti ölkə vətəndaşlığını qəbul etmək istəyən Qarabağ erməniləri üçün qapıların açıq olduğunu bəyan edir. Rusiyanın rəsmi hakimiyyət orqanları da iddia edir ki, Qarabağdan köçmüş ermənilərin ən azı bir qisminin geri qaytarılması üçün real imkanlar var. Yeri gəlmişkən, bu, Rusiya sülhməramlı kontingentinin hələ də Qarabağda qalmasının səbəblərindən biri kimi izah edilir. Buna baxmayaraq, Ermənistandakı revanşistlər, eləcə də Qarabağı tərk edən bəzi separatçılar tamam başqa konsepsiya üzərində düşünürlər. Məsələn, Vardan Oskanyanın çıxışlarında daim belə bir fikir eşidilir ki, ermənilərin Qarabağa qayıtması onlara xüsusi status, habelə “təhlükəsizlik təminatı” verilməlidir. Yəni Oskanyanın və onun həmfikirlərinin Qarabağa qayıtmaq konsepsiyası əslində revanşist planın tərkib hissəsidir. Təsadüfi deyil ki, “Oskanyan komissiyası”na Daşnaksütyun millətçi partiyasının nümayəndələri daxildir. Beləliklə, Ermənistandakı revanşist qüvvələrin Qarabağ separatçıları ilə birlikdə erməniləri hansısa status altında Azərbaycana qaytarmaq, daha sadə desək, separatizmi “yenidən alovlandırmaq” məqsədi ilə birləşdiyi görünür. Özünü “DQR-in xarici əlaqələr üzrə komissarı” adlandıran Vahram Balayan onu da deyib ki, yeni yaradılan “komissiya” müxtəlif beynəlxalq mərkəzlərlə əməkdaşlıq edəcək. Balayan onu da bildirir ki, Qarabağa qayıdan ermənilərin təhlükəsizlik sistemindən əlavə Ermənistanla birbaşa əlaqəsi olmalıdır. Yəni “Laçın dəhlizi” bərpa olunmalıdır. Maraqlıdır ki, “Oskanyan Komissiyası”nın yaradılması ilə eyni vaxtda sosial şəbəkələrin erməni seqmentində ermənilərin Qarabağa qayıtması ilə bağlı petisiya hazırlanması ilə bağlı mesajlar yayılıb. Qərbdəki ermənipərəst dairələr və erməni diaspora təşkilatları Ermənistanın özündə revanşist qüvvələr və separatçıların qalıqları ilə birlikdə ermənilərin Qarabağa qaytarılması, onlara xüsusi statusun verilməsi istiqamətində fəal fəaliyyətini davam etdirir. Bu arada erməni kilsəsinin rəhbərinin ordu günü ilə bağlı müraciətində yenə də revanşist əhval-ruhiyyə var. Revanş cəhdləri nə vəd edir?

Elçin Mirzəbəyli: Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni bir  mərhələnin başlanğıcıdır - AZƏRTAC

Elçin Mirzəbəyli

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, revanş cəhdlərinin yenidən baş qaldırması səbəbsiz deyil: “Separatçılar, onların himayəçiləri, Azərbaycan ərazilərində aqressiv separatizmin, terrorizmin alovlanması və işğal faktoru üzərindən Ermənistanda hakimiyyət üzü görənlər uzun illər boyu erməni ultramillətçi təşkilatları, kilsə və diaspor qurumları, eləcə də peşəkar lobbiçilik fəaliyyəti ilə məşğul olan təsisatlar, fondlar, xeyriyyə cəmiyyətləri, satqın siyasətçilər, siyasi korrupsionerlər və separatizmi, işğalı siyasi təzyiq alətində çevirənlərlə birlikdə bu amildən şəxsi mənafeləri, siyasi karyeraları, regiona müdaxilə imkanları üçün yararlanıblar. Nə az, nə çox, düz 30 il! 30 il on minlərlə insan öz biloji və siyasi mövcudluqlarını Azərbaycan torpaqlarının işğalı, yüzminlərlə azərbaycanlının faciəsi üzərində qurub. 44 günlük müharibə və lokal antiterror əməliyyatları isə bütün bunlara son qoyub. Təsəvvür edin, əgər erməni separatizmi, Azərbaycana ərazi iddiası, ultramillətçi ideyalar olmasa, bu adamlar nəyə yarayacaqlar? Heç nəyə. Diaspor və lobbi təşkilatları, kilsə, xeyriyyə cəmiyyətləri, fondlar nə işlə məşğul olacaqlar? Heç nə ilə! Qondarma erməni soyqırımı Baydenin məlum bəyanatından sonra öz təsirini tamamilə itirib və gərəksiz bir təzyiq aləti olduğunu təsdiqləyib. Bu baxımdan, qondarma soyqırımı amilindən böyük pullar, siyasi karyera qazanmaq mümkün olmayacaq. Bu səbəbdən də nəyin bahasına olursa-olsun separatizm amilini müxtəlif formatlarda - qazanc yeri, siyasi təzyiq və karyera imkanı kimi qoruyub-saxlamağa, "humanitar yardımlar", “maliyyə dəstəyi” almağa çalışırlar. Yaxın perspektivdə və əsas hədəf bundan ibarətdir. Uzaq perspektivdə isə bu məsələdən siyasi təzyiq faktoru kimi istifadə etməyə çalışanlar Azərbaycan ərazilərini könüllü şəkildə tərk etmiş ermənilərlə bağlı məsələni, ən azı “insan haqları” kontekstindən daim gündəmdə saxlamağa çalışacaqlar". E.Mirzəbəyli qeyd etdi ki, revanş cəhdlərinin əsas səbəbi də budur: “Bu səbəbdən də işğaldan və separatçıların qanunsuz nəzarətindən azad etdiyimiz əraziləri mümkün qədər tez məskunlaşdırmalıyıq. İndiki Ermənistandan, Qərbi Azərbaycandan deportasiya olunan, zorla qovulan, hazırda həyat şəraitləri yaxşı olmayan soydaşlarımızı da, təbii ki, öz istəkləri ilə, stimullaşdırıcı tədbirlər həyata keçirməklə, onlar öz doğma yurd yerlərinə qayıdanadək Xankəndinə və digər ərazilərə köçmələrinə nail olmalıyıq. Qərbi azərbaycanlı soydaşlarımızın öz ata-baba torpaqlarına qayıdışı, təhlükəsizlikləri təmin edilmədən Azərbaycan ərazilərini könüllü şəkildə tərk etmiş ermənilərin bircə nəfərinin də geriyə qayıdışına imkan verilməməlidir”.

İlham İsmayıl: “Hücum zamanı səfirliyin əməkdaşları niyə heç bir müqavimət  göstərməyiblər?” Pravda.az

 İlham İsmayıl

Təhlükəsizlik üzrə ekspert İlham İsmayılın sözlərinə görə, ermənilər, xüsusilə də daşnaklar yaxşı bilirlər ki, Qarabağdan ermənilər kütləvi köç edəndən sonra, yəni erməninin olmadığı Qarabağda, hansı iddia ilə çıxış etməsindən asılı olmayaraq, nəyəsə nail olmaq mümkün deyil: “Necə ki, 1915-ci ildən sonra çeşidli "əzabkeş" obrazlarına girmələrinə baxmayaraq, realda Türkiyədən heç nə ala bilmədikləri kimi, Qarabağa da yalnız uzaqdan baxa biləcəklərinin fərqindədirlər. Odur ki, boğulan ermənilər saman çöpündən yapışmağı da, hər ehtimala qarşı fürsət bilirlər. Xislətlərinə sadiq qalaraq “petisiya” toplayanlar, “müxtəlif beynəlxalq mərkəzlərə” müraciət edəcəklərini deyib, bütün zamanlarda olduğu kimi, problemlərini başqalarının əli ilə həll etməyi düşünürlər. Ermənilər belə Qarabağ istəyəndirsə, Qarabağın sahiblərinə - Azərbaycana müraciət etsinlər. Yalvarsınlar, əfv diləsinlər, şərtlərimizi qəbul edəcəklərinə dünya qarşısında söz versinlər... Biz də vəziyyəti dəyərləndirib bir qərar verərik. Yox, əgər xəstə Oskanyanın ağlı ilə “xüsusi statusun verilməsini”, dünyanın o başından qarantiya istəməsini dilə gətirəcəklərsə, şərt qoyacaqlarsa, davam etsinlər, dəyirman bildiyini edəcək". İ.İsmayıl bildirdi ki, erməni kilsəsi heç vaxt dindən, ayindən, dini inancdan, insanların mənəviyyatına dinin müsbət təsirlərindən danışmayıb, dini moizələr oxumayıb: “Tarixən, harada olmaqlarından asılı olmayaraq, hər bir erməni keşişi, din xadimi, xüsusilə katolikoslar yalnız torpaq iddiasında olublar, "böyük erməni dövləti" qurmaq haqqında danışıblar, bunun üçün terror təşkilatları yaradıblar, qətllər törədiblər, maliyyə toplayıblar. Ona görə də katolikos II Kareginin yeni ordu qurmaq, qisas almaq haqqında danışmasında təəccüblü heç nə yoxdur. Amma “pozdno Rita”, Qarabağ qatarı getdi. Neçə ki, erməni var, revanş cəhdləri də hər zaman olacaq. Qonşuluğumuzda neçə ki, erməni yaşayacaq, hər zaman gözləri bizim torpaqlarda olacaq və biz də "çomağımızı əlimizdə tutacağıq"".

Beləliklə, başı əzilmiş xunta rejiminin dirçəldilməsi üçün İrəvanda təhlükəli proseslər başladılıb. Heç şübhəsiz, bu proseslərə göz yuman Nikol Paşinyan da revanşizmə dolayı dəstək verir, həm də özünün vaxtaşırı ortaya atdığı qeyri-ciddi “sülh təklifləri” ilə. Həmçinin himayədarların dəstək məzmunlu bəyanat, qətnamə və silah-sursat yardımı da separatçılara əlavə “qol-qanad” verir. Görünən budur ki, Ermənistanı fəlakətə sürüklədiklərinin fərqində deyillər...

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR