İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidən Ermənistana daha 5 xəstə aparıldı  

327 15.01.2023 14:00 Region A A

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) daha 5 xəstəni Qarabağdan Ermənistana aparıb.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni bildirib ki, əvvəllər Ermənistana başqa xəstələrlə gəlmiş iki müşayiətçi BQXK təmsilçiləri ilə geri qayıdıb.
Ardınca iffia olunub ki, “Azərbaycan tərəfindən Laçın dəhlizinin bağlanmasından sonra” (?!-M.) Qızıl Xaç artıq İrəvana 31 xəstə çatdırıb.

Erməni mediasının yaydığı bu xəbərin özü - xəstə və yaxınlarının maneəsiz hər iki tərəfə keçməsi barədə faktlar - Laçın yolunun bağlı olmadığını tam təsdiqləyir. Amma absurd şəkildə yenə də iddia edirlər ki, yol bağlıdır…

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR