İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə üsyan! Ruslar köməkdən BOYUN QAÇIRDI - Kamran Həsənli ilə İlham İsmayıl CANLI-da

963 07.08.2023 16:00 Gündəm A A

Rusiya sülhməramlıları separatçıların avtobuslarla Laçındakı sərhər-buraxılış məntəqəsinə etiraz yürüşünü müşayiət etməkdən və onların təhlükəsizliyini təmin etməkdən imtina edib.

Musavat.com xəbər verir ki, artıq Xankəndidə ciddi olaraq rus sülhməramlılarının beynəlxalq sülhməramlı korpusu ilə əvəz olunması tələb olunur.

Avqustun 7-si saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus "DJI Mavic 3" kvadrokopteri Azərbaycan Ordusunun Basarkeçər rayonunun Zod istiqaməti ilə üzbəüz istiqamətdə yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib.

“Araik Arutyunyanın müsahibəyə üzünü qırxmamış və çarəsiz obrazla çıxması bir mesaj idi”. Bunu erməni analitik Arşak Abramyan deyib. O bildirib ki, Araik bütövlükdə ümidsiz bir lider obrazı nümayiş etdirməyə çalışıb: “Arutyunyan anlamır ki, iş adamı təfəkkürü ilə “ölkə” idarə edə bilməz. Müsahibə zamanı ona diqqət etdikdə nə qədər çarəsiz olduğunu görürük. Açıqlamalarından hiss olunur ki, bütün hesablamalarında yanılıb, planları boşa çıxıb. Əsas oyunçuların heç biri onunla hesablaşmır və “prezident” vəziyyətə nəzarəti itirib”.

TVMusavat-ın saat 16:00-da canlı yayımlanan “Kamranla – 1” proqramında aparıcı Kamran Həsənli təhlükəsizlik mütəxəssisi İlham İsmayıllı söhbətləşir. İzləyicilər də müzakirəyə qoşula bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR