İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə ermənilərə şok: bütün adlar Azərbaycan dilində...- CANLI

1384 24.05.2022 15:47 Gündəm A A

Vətən müharibəsində işğala son qoyulduqdan sonra “Google maps” Azərbaycan əraziləri ilə bağlı adları yeniləyib.

İşğal dövründə Qarabağdakı əraziləri, şəhər və qəsəbə adlarını erməni dilində təqdim edən “Google maps”da artıq ermənilərin qoyduğu qondarma adlar silinib.

Ermənilərə ən çox təsir edən isə işğal dövründə “Stepanakert” olaraq təqdim edilən Xankəndinin gerçək adının bərpa olunmasıdır.

Hətta Xankəndidəki yer adları, küçələr, o cümlədən separatçı-terrorçu rejimin müvəqqəti qalmış qondarma “inzibati binaları” belə Azərbaycan dilində qeyd olunur: restoranlar, parklar, mağazalar, “Tarix-Coğrafiya Muzeyi”, “Xankəndi stadionu”, qondarma “parlament”, “xarici işlər nazirliyi”, “poçt”, “dövlət universiteti” və s;

Bir neçə gün əvvəl isə Rusiya mediasında belə xəbərlər yayıldı ki, Moskvada akademik Andrey Saxarovun heykəli yoxa çıxıb.

Məlum olub ki, heykəl abidənin müəllifinə ötən ilin payızında təhvil verilib, amma parka qayıtması üçün heç bir tarix göstərilməyib. Abidənin müəllifi heykəltəraş Qriqori Pototskidir. Daha maraqlısı isə bundan sonra baş verib.

Belə ki, ötən həftəsonu erməni KİV-ləri Xankəndidə Saxarovun abidəsinin açılışı haqda xəbər yaydılar. Qeyd olunurdu ki, abidənin quraşdırılması Saxarovun anadan olmasının 101-ci ildönümünə həsr olunub. Maralıqdır ki, separatçı rejimin “dövlət naziri” Artak Beqlaryan “Saxarovun abidəsinin məhz bu vaxt artsaxda ucaldılması rəmzidir”, deyib.

Tədbirdə iştirak edən Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin mayoru Vitali Fomin isə vurğulayıb ki, A.Saxarov öz adını dünya elm tarixinə qızıl hərflərlə yazıb. Yeri gəlmişkən, Xankəndidəki məktəbin yaxınlığında qoyulmuş heykəlin üzərində “Cəsarətli olun, ermənilər, işiniz haqq işidir” yazısı var.

Rusiya- Ukrayna müharibəsinin isə 90-cı günüdür. Hazırda rus ordusu daha çox Donbas istiqamətində əldə etdiyi üstünlüklərdən yararlanmağa çalışır. Rusiya ordusu daha çox raket zərbələri ilə diqqət çəkib. Hər gün, taktiki və ya ballestik raket vaistəsi ilə rus ordusu Ukraynanın hərbi və mülki ərazilərinə zərbə endirir. Son məlumata görə, indiyənə qədər 2275 raket zərbəsi qeydə alınıb. Britaniya kəşfiyyatının məlumatına görə, hazırda Donbasda rusların müəyyən lokal uğurları olsa da, ümumillikdə döyüş effektivliyi Ukraynanın tərəfindədir.

TVMusavat-ın “Həftə içi” verilişində gündəmin hər iki mövzusunu Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR