İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndi yolundakı təxribatın pərdəarxası: Nəyə nail olduq? – Azad İsazadə ilə “Canlı”da

1259 06.03.2023 11:34 Siyasət A A

Qarabağda separatçı-terrorçu rejimin təxribata əl atması “nə baş verir” və “nəyə nail olmaq istəyirlər” suallarını önə çıxardı. Bunun Xocalıda ermənilərlə ilk təmasdan sonra baş verməsi də diqqətçəkən əsas nöqtələrdən biridir.

Xocalı görüşü erməni əhalisinin Azərbaycana inteqrasiyası məsələsində ilk gediş idi. Separatçılar bu görüşü “bizi tərəf kimi qəbul edirlər” formasında təqdim etməyə çalışsa da, beynəlxalq ictimaiyyət görüşü “erməni əhalisi ilə Bakının təması” olaraq qəbul etdi. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın görüşlə bağlı fikirləri də bunu təsdiq edir.

Bu vəziyyətdə həm prosesi pozmaq, həm də “Azərbaycana inteqrasiya mümkün deyil” görüntüsü yaratmaq üçün separatçıların “çıxış yolu” gərginliyin yaradılması idi:

- Şuşa, Xocavənd və Ağdam da daxil olmaqla ordumuzun mövqelərinə atəş açmağa başladılar;

- Yeni səngərlər qazır, mövqelərini gücləndirirdilər;

Lakin separatçıların üzləşdiyi başqa bir problem var: Laçın yolunda 80 gündən artıqdır davam edən aksiya onların silahlanmasını çətinləşdirir;

“Problemi” aradan qaldırmaq üçün gizli yollardan istifadə cəhdlərinin olduğu sirr deyil. Belə istiqamətlərdən biri də Laçın yolundan yan keçən Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə etməkdir.

Dünən bu yoldan keçən avtomobilin saxlanılmasına cəhd olarkən, erməni terrorçular ordumuzun hərbçilərinə qarşı silahdan istifadə edib, nəticədə qarşıdurma yaşanıb. İki hərbçimiz şəhid olub, erməni terrorçulardan üçü məhv edilib.

Ermənistan və separatçı rejim videgörüntülər yayaraq, Azərbaycanı “təxribat”da ittiham edirlər. Halbuki, iki məqam ordumuzun gizli keçidə cəhd edən avtomobilə müdaxiləsi zərurətini yaradırdı.

İndi nələr gözlənilir? Bu mərhələdə Azərbaycan hansı addımları atmalıdır?

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Azad İsazadə ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFGCH7v9-

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR