İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndi sakini: “30 il öncə şəhəri tərk etdiyim avtomobillə yenidən oraya qayıtmaq istəyirəm” - VİDEO

1428 02.11.2023 02:56 Son xəbər A A

85 yaşlı Qəmbər Məhərrəmov Xankəndidə anadan olub və məcburi köçkünlük dövrünə qədər orada tikinti sektorunda çalışıb.

Doğma şəhəri Xankəndidəki bir çox tikililərdə onun da zəhməti var.

Elə 1978-ci ildə Q.Məhərrəmova VAZ-011 markalı avtomobili də çəkdiyi zəhmətin müqabilində veriblər.

Lakin, 30 il əvvəl digər Xankəndi sakinləri kimi Q.Məhərrəmov da ata-baba yurdunu tərk etmək məcburiyyətində qalıb.

Xankəndini tərk edərkən istifadə elədiyi şəxsi avtomobilini ötən müddət ərzində göz bəbəyi kimi qoruyub.

Onun sözlərinə görə, elə həmin avtomobillə də doğma şəhərinə qayıtmaq arzusundadır.

Ətraflı Süjetdə:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR