İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndi BU AN: Paraddan ən yeni kadrlar, meydanda erməni tankları... - CANLI

2163 08.11.2023 13:39 Gündəm A A

Bu gün Xankəndidə Zəfər Günü münasibətilə keçirilən hərbi paradda düşmən texnikalarının üzərindən götürülən nömrələrdən hazırlanmış lövhə nümayiş olunub. Musavat.com xəbər verir ki, lövhənin üzərində “ZƏFƏR” sözü yazılıb.

Xankəndi şəhərində keçirilən paradda vaxtilə Azərbaycan ərazilərdə qanunsuz yerləşdirilən erməni silahlı birləşmələrindən qənimət kimi götürülən tanklar və texnikalar nümayiş etdirilib.

Erməni politoloq Qarik Keryan deyib ki, Yaxın Şərq və Ukrayna böhranları Ermənistan-Azərbaycan münaqişəsini arxa plana keçirib və İlham Əliyev bunu həm anklavları, həm də onlara bitişik əraziləri götürmək üçün fürsət kimi baxır:

“Əks halda Azərbaycana anklavları alacağı halda onlara çıxış yalnız Ermənistan ərazisi ilə mümkün olacaq. Lakin buna danışıqlar yolu ilə nail olmaq mümkün deyil, çünki bunu heç kim sənədlərlə qəbul etməyəcək, ona görə də Bakı hərbi əməliyyatlara əl ata bilər”.

“Bakı ilə İrəvan arasında sülh sazişi bağlanandan sonra yükdaşımaların əsas hissəsi Azərbaycan ərazisindən keçəcək”. Hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Gevork Papoyan Yuxarı Lars yoluna alternativ marşrut üzrə danışarkən jurnalistlərə bildirib.

Papoyan deyib ki, bu marşrut Ermənistan üçün daha sərfəlidir, çünki daha qısa və rahatdır. Deputat xatırladıb ki, həmin marşrut sovet dövründə də fəaliyyət göstərirdi, lakin sülh sazişi bağlanmadan onu işə salmaq mümkün deyil.

“Sülh sazişinə gəlincə isə, orada müharibə təhlükəsi yarada biləcək müddəalar olmamalıdır”, - deyə Papoyan əlavə edib. Papoyan qeyd edib ki, Azərbaycanla sərhədlərin demarkasiyasının bir neçə variantı müzakirə edilir.

TVMusavat-ın bu gün saat 13:39-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Elşad Paşasoyla Zəfər Günü və Xankəndi paradı haqda söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR