İnsanlara hürriyət, millətlərə istiqlal!

"Xanəndələr elə şeylər yaşayırlar ki..." - Səidə SİRLƏRİ AÇDI

1413 05.04.2022 14:07 Şou-biznes A A

Müğənni Səidə Sultan Əməkdar artist Nigar Şabanova ilə bağlı dediyi sözlərə aydınlıq gətirib.

Ifaçı bildirib ki, söylədiyi sözləri Nigara deməyib:

"Sual verdilər ki, dəflə oxuyan xanəndələrin estrada ifa etməsi uyğun gəlmir. Mən də cavab verdim ki, dəf dini bir alətdir? Camaat dəflə hind rəıqsi oynayır. Orada Nigar Şabanovanın adını çəkdilər. Qayıtdım ki, dəflə ifa edən xanımlar məndən yaxşı maşın sürüb, yaxşı yaşayırlar.

Dəfin buna nə dəxli var? Dəflə oxuyanda abırlı, dəfsiz abırsızdır? Sözü Nigara demədim, hələ təriflədim də...

Dedim ki, ona dəfsiz oxumaq da yaraşır. Maqazin verilişlərinə səslənirəm, məni çağırmayın. Sərt söz deyirəm, verə bilmirsinizsə verməyin. Nigar mənə zəng edib ki, nə məsələdir. Qıza dediyim tərifi də verməyiblər. Nigarın haqqı var desin ki, sənə nə pisliyim dəyib?

Sözümü verə bilmirsinizsə, çağırmayın. Mən sözümü muğam oxuyan o qızlara demişəm: uzun geyinir, əllərində dəf, məndən yaxşı yaşayırlar. Elə şeylər yaşayırlar ki, heç mən onun 1 faizini yaşamamışam. Onlara dedim ki, abırdan danışırsınızsa, hərə öz yaşayışına baxsın. Nigar, səni tanıyıram, sənin haqqında elə söz demərəm".

(Lent.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR