İnsanlara hürriyət, millətlərə istiqlal!

Xamneyinin həbsdə olan bacısı qızı aclıq aksiyasına başladı - FOTO

356 25.12.2022 11:23 Hadisə A A

İranın ali dini rəhbəri Xamneyinin Qərçək zindanında həbs cəzası çəkən bacısı qızı və hüquq müdafiəçisi Fəridə Muradxani aclıq aksiyasına başlayıb.

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı Fəridə Muradxaninin qardaşı Mahmud Muradxani öz tviter hesabında məlumat verib.

“Siyasi məhbus Fəridə Muradxani saxlanılma yerinə və Evin həbsxanasına köçürülməməsinə etiraz olaraq aclıq aksiyası keçirir”, - deyə qardaşı bildirib.

Xatırladaq ki, Fəridə Muradxani 15 il müddətinə azadlıqdan məhrum edilib.

Toğrul İSMAYIL,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR