İnsanlara hürriyət, millətlərə istiqlal!

Xamneyi QƏRAR VERDİ - Etirazçılar cəzalandırılacaq

1040 21.11.2022 12:04 Gündəm A A


İranın ali rəhbəri Seyid Əli Xamneyi kütləvi etirazlara qatılanların cəzalandırılmasını tələb edib. O, bunu İsfahan şəhərində xalqa müraciəti zamanı deyib.

Musavat.com xəbər verir ki, Xamneyi bildirib ki, ölkə boyu davam edən nümayiş və dağıntılarda iştirak edənlər cəzalandırılmalıdır.

İranda üçüncü ayına qədəm qoyan etirazlara toxunan Xamneyi qiyamın sona çatacağını və ölkənin inkişafının davam edəcəyini vurğulayıb:

"Üsyançılar xalqı küçələrə çıxara bilmədilər. Bu səbəbdən çaşqınlıq yaratmaqla təhlükəsizlik qüvvələrini və məmurları yormağa çalışırlar. Uğur qazana bilməyəcəklər və üsyan bitəcək".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR