İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaçmaz rayonunda zəncirvari qəza olub, ölən var

516 28.07.2022 20:29 Hadisə A A

Xaçmaz rayonunda zəncirvari qəza olub, ölən var.

 Musavat.com "Report"a istinadən xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunun rayonun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "BMW" və "Toyota Prado" markalı minik avtomobilləri ilə "KamAZ" markalı yük maşını hərəkətdə olan zaman toqquşub. Nəticədə "Toyota Prado" markalı maşının sürücüsü, 1962-ci il təvəllüdlü Cəlil Çilan oğlu Güləhmədov isə hadisə yerində ölüb, "BMW" markalı avtomobilin sürüsüsü, Quba rayon sakini, 1985-cil təvəllüdlü Zaur Nüsrət oğlu Quliyev isə ağır dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

C.Güləhmədovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR