İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaçaturyan Zəngəzura gəlir - Yerli sakinlər təşvişdə

7774 31.10.2023 09:32 Region A A

Ermənistan mətbuatı yazır ki, prezident Vaaqn Xaçaturyan nəhayət təbrik və başsağlığı mesajlarından başqa, ölkənin daxili məsələləri ilə də maraqlanmaq qərarına gəlib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Xaçaturyan sabah Zəngəzur bölgəsinə üç günlük səfər edəcək.

Məlumata görə, prezident bölgədəki bütün əsas icmalara baş çəkəcək, regional hökumət və icma rəhbərləri ilə görüşəcək.

Belə ki, o, bölgənin problemləri ilə tanış olmaq istəyir.

“Hraparak” nəşri yazır ki, son zamanlar ölkə siyasi rəhbərliyinin Zəngəzura “marağı” yerli əhali arasında müəyyən gərginlik yaradıb.

Bəziləri isə istisna etmir ki, bəlkə də geosiyasi mərkəzlərin diqqətinə düşən Zəngəzur dəhlizi ilə bağlı mühüm hadisələr gözlənilir və diqqətin əsas səbəbi də budur.

Xatırladaq ki, Baş nazir Nikol Paşinyan da ötən şənbə günü Zəngəzurda olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR