İnsanlara hürriyət, millətlərə istiqlal!

“WhatsApp”a yeni qadağa

8531 14.06.2024 01:51 Texnologiya A A

"WhatsApp" messencerinin "iPhone" versiyası istifadəçi profillərinin skrinşot edilməsinin qarşısını alan yeni funksiyanı təqdim edib.

Musavat.com lent.az-a istinadən xəbər verir ki, hazırda funksiya "WhatsApp"ın yalnız "iPhone" üçün 24.10.10.70 nömrəsi altında beta versiyasında mövcuddur.

Bu versiyanın istifadəçiləri başqasının profilini skrinşot etməyə cəhd edərkən qadağa xəbərdarlığı alırlar.

"Skrinşot bloklanıb. "WhatsApp" istifadəçilərinin məxfiliyini qorumaq üçün bu skrinşot bloklanıb", - bildirişdə deyilir.

Yenilik kontaktlarını aldatmaq üçün başqalarının profil fotolarından istifadə edən fırıldaqçılara qarşı mübarizə aparmaq üçün nəzərdə tutulub. Bu funksiya skrinşot çəkmə imkanını bloklasa da, kiminsə başqa cihazdan ekran şəklini çəkməsinə heç bir maneə törətmir.

Bu funksiyanın tətbiqin bütün versiyalarına yayılacağı gözlənilir. Lakin yerləşdirmənin dəqiq vaxtı hələlik açıqlanmayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR