İnsanlara hürriyət, millətlərə istiqlal!

"Wagner"lə bağlı YENİ PLAN MASADA: Moskva nəyə hazırlaşır?

656 01.09.2023 09:19 Siyasət A A

Rusiya Müdafiə Nazirliyi Afrika və Yaxın Şərqdə yerləşən "Wagner" Özəl Hərbi Şirkətinin muzdlularına nəzarət etməyi planlaşdırır.

Bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, “Wagner”in əməliyyatlarının idarə edilməsi Müdafiə Nazirliyi ilə əlaqəli silahlı podratçı tərəfindən həyata keçirilə bilər.

Bundan əlavə, ÖHŞ-nin bütün gizli xarici şəbəkəsinin Rusiya hərbi komandanlığına tabe edilməsi planlaşdırılır. Bu, gələcəkdə "Wagner"in təşkil etdiyi üsyanların qarşısını almağa imkan verəcək.

Qeyd edək ki, bu yaxınlarda Vladimir Putin “Wagner”in Rusiya ordusuna qoşulmasına icazə verən fərman imzalayıb.//Publika.az 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR