İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüqar Əhmədov Zərdabda vətəndaşları qəbul edib FOTO

1023 14.03.2025 18:09 Ölkə A A

Bu gün “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Zərdabdakı Heydər Əliyev Mərkəzində Zərdab və Ucar rayonlarından olan vətəndaşlarla görüşüb.

Musavat.com “Azərişığ”a istinadən xəbər verir ki, qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb.

Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.

İstehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC ölkənin bütün regionlarında mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirir, yerli sakinlərlə görüşlər təşkil edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR