İnsanlara hürriyət, millətlərə istiqlal!

Volodindən Zelenskiyə ittiham: “Hakimiyyəti ələ keçirib...”

479 29.05.2024 13:13 Dünya A A

"Vladimir Zelenskinin prezidentlik müddəti başa çatıb, onun dövlət başçısı vəzifəsi  tutması Ukrayna konstitusiyasına ziddir".

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, RF-nin Dövlət Dumasının sədri Vyaçeslav Volodin Vladimir Zelenskinin hakimiyyəti ələ keçirərək dövlət cinayəti törətdiyini iddia edib.

“Zelenskinin hakimiyyəti qanunsuzdur. Ukraynada hakimiyyət böhranı var. Prezident Zelenskinin səlahiyyət müddəti başa çatıb. Ukrayna konstitusiyasında deyilir ki, prezidentin səlahiyyətlərini seçkilərdən başqa yolla uzatmaq mümkün deyil. Qalan hər şey dövlət cinayətidir. Zelenskinin etdiyi də məhz budur”, – Volodin Telegram kanalında vurğulayıb.

O xatırladıb ki, Ukrayna konstitusiyasına görə, yeni prezident seçilənə və vəzifəyə başlayana qədər Ukrayna prezidentinin səlahiyyətlərinin icrası Ali Radanın sədrinə həvalə edilməlidir. “Lakin onun spikeri Ruslan Stefançuk dünən yeni vəzifəsini yerinə yetirməkdən imtina edərək izah etdi ki, keçmiş prezident Zelenskinin onları ardıcıl şəkildə icra etməyə davam etməsi lazımdır. Bu, Ukrayna konstitusiyasına ziddir və hakimiyyətin ələ keçirilməsidir”, - Volodin qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR