İnsanlara hürriyət, millətlərə istiqlal!

Volodin: “Zelenski Saakaşvilinin taleyini təkrarlayacaq”

582 08.08.2023 12:52 Son xəbər A A

RF-nin Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ukrayna prezidenti Vladimir Zelenskinin Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin “taleyini təkrarlayacağını” bildirib.

Musavat.com xəbər verir ki, Volodin bunu Telegram kanalında yazıb.

Onun fikrincə, “Vaşinqton və Brüssel marionetləri”nin taleyi həmişə eyni şəkildə bitir – onlardan qurtulurlar.

“Saakaşvili yalnız qalstuk çeynəməsi ilə yadda qalıb. O, həbsxanada üzdəniraq (izqoy) hesab edilən adamdır. Eyni şey Zelenskini də gözləyir”, – o yazıb.

Bundan əvvəl Volodin Telegram kanalında Zelenskinin ölkəni “cilalamaq” prosesində olduğunu və bunun ona hakimiyyətdə daha uzun müddət qalmasına imkan verəcəyinə ümid etdiyini bildirib.

Dövlət Duması spikerinin sözlərinə görə, bunun üçün başqa şeylərlə yanaşı, əslində polyakları ukraynalılarla eyniləşdirən, onlara eyni hüquqlar verən qanun qəbul edilib - onlar ölkədə icazəsiz qala, həmçinin iş tapa bilərlər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR