İnsanlara hürriyət, millətlərə istiqlal!

Volfqanq İşinger: BMT institutları öz funksiyasını yerinə yetirə bilmir

476 15.03.2024 19:28 Siyasət A A

Bu gün regional alyanslar, institutlar əvvəlki illərlə müqayisədə daha vacibdir, çünki BMT institutları öz funksiyasını yerinə yetirə bilmir.

APA xəbər verir ki, bunu Münxen Təhlükəsizlik Konfransının Təsis Şurasının Prezidenti Volfqanq İşinger XI Qlobal Bakı Forumunun panel müzakirəsində deyib.

"Qlobal idarəetmədə çatışmazlıqlar var, qlobal təsisatların funksiyalarını indi regional alyanslar yerinə yetirir", - o qeyd edib.

O bildirib ki, alyanslarda üzvlərin bərabərhüquqlu olması önəmli nüansıdır: "NATO üzvlər arasında bərabərliyin ən yaxşı nümunəsidir, lakin biz eyni zamanda, etiraf etməliyik ki, burada aparıcı, lider ölkələr də var və ya ATƏT-də qərarlar konsensusla alınır, amma digər tərəfdən, bu mürəkkəb bir məsələdir, çünki təsəvvür edin ki, hər hansı bir üzv ölkə vacib qərara veto qoya bilər", - Volfqanq İşinger vurğulayıb.

O əlavə edib ki, ən vacib məsələlərdə ölkələri yalnız buraxmaq, təcrid edərək arxada qoymaq olmaz, çünki sonra bunun ağır nəticələri olur.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR