İnsanlara hürriyət, millətlərə istiqlal!

Vladimir Putin: “Biz Azərbaycan tərəfinin iştirakı ilə üçtərəfli formatda…”

1130 17.05.2023 16:11 Son xəbər A A

Rusiya Rusiya Federasiyası, İran və Azərbaycan arasında dəmir yolu infrastrukturunun və yük daşımalarının inkişafı sahəsində əməkdaşlıq haqqında sazişin hazırlanmasının tezliklə başa çatacağına ümid edir.

Musavat.com bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. Çərşənbə axşamı Rusiya lideri İran prezidenti İbrahim Rəisi ilə birlikdə videobağlantı vasitəsilə Rəşt-Astara dəmir yolunun tikintisinə dair sazişin imzalanması mərasimində iştirak edib.

“Biz Azərbaycan tərəfinin iştirakı ilə üçtərəfli formatda Şimal-Cənub marşrutu üzrə dəmir yolu infrastrukturunun və yük daşımalarının inkişafı sahəsində əməkdaşlıq haqqında sazişin hazırlanmasının tezliklə başa çatmasını səbirsizliklə gözləyirik”, - Putin əlavə edib.

Rusiya prezidenti əlavə edib ki, bu, üç ölkənin gələcək uğurlu koordinasiyası üçün zəruri hüquqi baza yaradacaq.

Astara-Rəşt yolun Sankt-Peterburqdan Mumbay limanına (Hindistan) uzanan multimodal marşrutu olan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi daxilində uzunluğu 7,2 min km olan hissəsidir. Süveyş kanalı vasitəsilə Avropanı, Fars körfəzi ölkələrini və Hind okeanını birləşdirən dəniz yoluna alternativdir.

Qeyd edək ki, İran Astara-Rəşt dəmir yolunun tikintisi layihəsinə dair sazişi hələ 2005-ci ildə imzalayıb. Tikintinin aktiv mərhələsi isə yalnız 2018-ci ildə başlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR