İnsanlara hürriyət, millətlərə istiqlal!

Viktor Şenderoviçin mənzilləri əlindən alına bilər

621 21.02.2024 15:34 Dünya A A

“Rusiya veteranları” hərəkatının ictimai fəalları Baş Prokurorluğu yazıçı Viktor Şenderoviçin (Rusiyada xarici agent hesab edilir) RF ordusunu gözdən saldığına görə yoxlamağa çağırıblar.

Musavat.com xəbər verir ki, bu barədə “Mash” telegram kanalı yazır.

Telekanalın məlumatına görə, müəllif cinayət işi ilə üz-üzədir və o, Moskvadakı üç mənzilini də itirə bilər. Onlardan ikisi Şenderoviçin həyat yoldaşının adınadır. Bundan əlavə, yazıçının əsərlərinə görə qonorar ödənilməsi məhdudlaşdırıla bilər. “Mash” yazır ki, “Rusiya veteranları” Şendəroviçin Ukrayna ordusuna sponsorluq etməyə hazır olduğunu etiraf etdiyi zarafatdan sonra bəyanat verib.

Bir vaxtlar Rusiyada çox populyar olan “Kuklalar” verilişinin ssenari müəllifi və aparıcısı olan Viktor Şenderoviç hazırda İsraildə yaşayır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR