İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vikipediya”da Azərbaycana dair türkcə bölmələrin yaradılmasına başlandı - FOTO

559 25.06.2024 13:30 Ölkə A A

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyə türkcəsində Azərbaycana dair “Vikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında bölmələrin yaradılması və mövcud olanların zənginləşdirilməsinə başlayıb.

Musavat.com xəbər verir ki, bununla əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyədəki gənclərimizlə görüşüb.

Mərkəzin nəzdində Türkiyədəki azərbaycanlı tələbələrdən ibarət “Vikipediya könüllüləri” təsis edilib və ötən müddət ərzində onlar üçün bu istiqamətdə təlimlər təşkil olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “Vikipediya” Metodik Mərkəzinin mütəxəssisi tərəfindən vikipediyadan istifadə qaydaları, qeydiyyatdan keçmə, məqalə yazmaq, adlandırmaq, mövcud yazıların zənginləşdirilməsi, mətnin vikiləşdirilməsi, “Vikipediya”da mənbələrin əlavə edilməsi kimi təlimlər keçirilib.

Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, artıq Türkiyədə “Vikipediya könüllüləri” üçün onlayn təlimlər başa çatıb, Türkiyə türkcəsində Azərbaycana dair “Vikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında bölmələrin yaradılması və mövcud məqalələrin zənginləşdirilməsi işinə start verilib.

İlkin olaraq materialların Azərbaycan dili və müxtəlif qaynaqlardan Türkiyə türkcəsinə tərcüməsi, redaktəsi və yaradılmış bölmələrə və mətnlərə əlavə edilməsi həyata keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR