İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətənə geri qayıdan Fədayə Laçın TANINMAZ HALDA - FOTO

5777 21.10.2023 19:12 Şou-biznes A A

Müğənni Fədayə Laçın uzun müddətdən sonra Azərbaycana gəlib.

Bu haqda sənətçi hava limanında açdığı canlı yayım zamanı bildirib.

Fədayə Vətənə gəlməsini Oğuzda toy mərasiminə dəvətlə əlaqələndirib:

"Hazırda hava limanındayam. Azərbaycana gəlirəm. Üç gün Vətəndə olacağam. Gəlməyimin səbəbi isə Oğuz rayonunun Muxas kəndində keçirilən toyla əlaqədardır. Məclisdə çıxış edəcəyəm. Çox güman ki, axşam saatlarında başlayan toy səhərə kimi davam edəcək. Bu isə o deməkdir ki, səhərə qədər oxuyacağam və çox yorğun olacağam. Oktyabrın 24-də isə Moskvaya geri qayıdacağam".

Müğənni bildirib ki, toydan sonra Bakıya gəlib bir neçə televiziya proqramlarına çəkiləcək və verilişlərdə qonaq olacaq.

Fədayə həmçinin bu aylar ərzində 10 kiloqram çəki aldığını vurğulayıb:

"Yaman kökəlmişəm. 55 kiloqram çəkim vardı. İndi isə 65 kiloqramam. Kökəlmək yaxşı bir şey deyil. İnsan özünü narahat hiss edir. Əslində mənə çox arıq olmaqda yaraşmır. Düzdür, üzdən mənə kökəlmək yaraşsa da, amma bədən formamda yaraşmır. Qarın hissələr çıxır. İştaham yaxşıdır, yeyirəm, kökəlirəm. Artıq çəki aldığıma görə özümdən xoşum gəlmir. 47 yaşım var. Axı mənim nə yaşım var..."

Müğənni oğlu Əhləmdən də söz açıb:

"Əhləm bir müddət əvvəl Bakıda idi. Üç ay qaldı, sonra Rusiyaya yanıma geri döndü. İndi isə oğlum işləri ilə əlaqədar Türkiyədədir".

Qeyd edək ki, Fədayə oğlu Əhləmlə birlikdə uzun müddətdir ki, Rusiyada yaşayır. Onlar Moskvada restoran biznesi ilə məşğul olurlar. (bizim media)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR