İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətəndaşlara SEVİNDİRİCİ XƏBƏR - Bu şəxslərin vergisi AZALDILACAQ

1706 22.09.2023 22:33 İqtisadiyyat A A

Əhalinin vergi yükü azaldılacaq. Bu barədə İqtisadi Şuranın vergi və gömrük qanunvericiliyi aktlarına təklif olunan dəyişikliklərə həsr olunmuş iclasında bildirilib. Qeyd edilib ki, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükü azaldılacaq. sentyabırn 20-də keçirilən iclasın gündəliyində 2024-cü ilin büdcə-vergi siyasəti çərçivəsində hazırlanmış vergi və gömrük sahəsində güzəşt və azadolmaların qiymətləndirilməsi müzakirə olunub.

İclasda maliyyə naziri Samir Şərifovun və iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzələri dinlənilib. İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla vergi və gömrük qanunvericiliyi aktlarına təklif olunan dəyişikliklər barədə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Məsələni Referans.az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, detallarla bağlı məlumat vermək çətindir, amma biz iki ildir ki, buna nail olunmasına çalışırıq:

“Hələ ki, detallarla bağlı məlumat vermək çətindir. Amma biz iki ilə yaxındır ki, rəsmi olaraq təkliflər də səsləndirmişdik ki, heç olmasa ərzaq və dərman pereparatlarında əlavə dəyər vergisinin 18 faizdən 2 faizə azaldılması ilə bağlı qərar verilsin. Çünki Azərbaycan büdcəsi bunu qaldıracaq gücdədir. Çox güman ki, bu yöndə qərar verilsə, daha yaxşı olar. Bu qiymətlərə də əsir edər”.

İqtisadçı hesab edir ki, VEÖN-lə çalışanların, yəni orta-kiçik sahibkarların əsasən də kiçik sahibkarların social müdafiə ödədiyi vəsait də vergi növüdür, onların da azaldılması vacibdir: “Bu vergi növü kifayət qədər yüksəkdir. Bunun da səbəbi odur ki, minimum əməkhaqqına bağlıdır. Minimum əməkhaqqı artan kimi avtomatik olaraq ödənişlər də artır. Ola bilər ki, bununla bağlı da qərar olsun. Bu qərarın qəbul olunması kiçik və orta sahibkarların vergi yükünün azaldılmasında mühüm rol oynaya bilər”.

Yəni, əslində istiqamət və ideya doğrudur, amma hansı formada və hansı sahələrdə reallaşacağını indidən söyləmək çətindir. Çünki detalları haqqında hələlik heç bir məlumat verilmir – deyə Natiq Cəfərli qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR