İnsanlara hürriyət, millətlərə istiqlal!

Vergiyə 105 min borcu olan şirkət nazirliyi məhkəməyə verdi

457 15.01.2025 13:22 Kriminal A A

RDSC Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergiyə 105 min manat borcu yaranıb.

Musavat.com xəbər verir ki, internet və şəbəkə xidmətləri göstərən RDSC MMC yaranmış vergi borcuna görə məhkəməyə üz tutub.

MMC cavabdeh olaraq isə İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsini götərib.

Qeyd edək ki, qanuni təmsilçisi Abbasov Cavanşir Tapdıq oğlu olan şirkət daha əvvəl də vergi öhdəliklərini yerinə yetirmədiyi üçün maliyyə sanksiyası ilə üzləşib.

2012-ci ildə yaradılan bu şirkətin nizamnamə kapitalı 20 manat olaraq göstərilir.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR