İnsanlara hürriyət, millətlərə istiqlal!

Vərəm arayışı satan həkimin məhkəməsi başlayır  

679 06.09.2023 18:12 Kriminal A A

“Salyan rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Vərəm şöbəsinin müdiri Xanış Abbasovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Musavat.com xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İstintaq zamanı Xanış Abbasovun vəzifə səlahiyyətlərindən sui-istifadə edib aldığı rüşvət müqabilində saxtakarlığa yol verməsi müəyyən edilib. Həkim şəxsin xəstəxanada stasionar qaydada müalicə almasına dair xəstəlik tarixindən çıxarış təqdim edib.

İş üzrə toplanmış sübutlar əsasında Xanış Abbasov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək yaşı və səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR