İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton-Brüssel-Moskva: sülh müqaviləsi “Bermud üçbucağı"nda

474 20.05.2023 10:55 Son xəbər A A

XİN rəhbərləri Vaşinqtondakı 4 günlük görüşdən sonra bu dəfə Rusiyada bir araya gəldilər; Lavrovdan nikbin anons; ekspertlər isə deyir ki...

Mayın 19-da Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzəyan arasında ikili və üçlü formatda görüşlər keçirilib.

Əvvəlcə Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş baş tutub. Rusiya XİN-in Qəbullar Evində keçirilən Sergey Lavrov və Ceyhun Bayramov görüşündə ikitərəfli münasibətlər, beynəlxalq və regional gündəmdə duran məsələlər müzakirə olunub.

S.Lavrov “Biz Azərbaycan, Ermənistan və Rusiya liderlərinin əldə etdiyi bütün razılaşmaların həyata keçirilməsi əzmindəyik” deyib.

“Siz çox düzgün qeyd etdiniz ki, üçtərəfli formatda görüş ötən ilin sonunda planlaşdırılırdı, lakin hazırkı görüşün iştirakçılarından asılı olmayan səbəblərə görə həmin görüş baş tutmadı. Hazırkı görüşün təşkil edilməsini və Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində müşahidə olunan dinamikanı - may ayında baş tutan sıx təması nəzərdə tuturam - çox yüksək qiymətləndiririk”.

Sergey Lavrov Ceyhun Bayramovla görüşün detallarını açıqladı - 12.05.2022,  Sputnik Azərbaycan

Musavat.com APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşünün protokol hissəsində deyib.

“Düşünürəm ki, bu gün postmünaqişə dövründə Azərbaycan - Ermənistan münasibətlərinin normallaşmasına aid olan bir sıra məsələləri, həmçinin Azərbaycan - Rusiya ikitərəfli münasibətlərini müzakirə etmək üçün imkanımız olacaq. Siz təmaslarda müşahidə olunan dinamika barədə danışdınız, mən isə xüsusilə onu da qeyd etmək istəyirəm ki, bizim görüşümüz keçirilən vaxtda paralel olaraq Kazan şəhərində Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi təxminən 80 nəfərdən ibarət böyük nümayəndə heyəti ”Rusiya - İslam dünyası" tədbirində iştirak edir", - nazir vurğulayıb.

O, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə Rusiyada göstərilən xüsusi diqqətə görə ayrıca təşəkkür edib: “Dünən ölkəmizin səfiri ilə burada keçirilən tədbirlərin intensiv qrafikini müzakirə etmək imkanımız oldu. Səfir sizin dövlət orqanlarınızın, ictimai təşkilatlarınızın, vətəndaşlarınızın Heydər Əliyevin yubileyinə olan yüksək diqqətindən danışdı. Heydər Əliyev Azərbaycan-Rusiya münasibətlərinin, dostluğunun simvolu və ölkələrimizi birləşdirən amil olub. Mən hesab edirəm ki, hazırkı görüş imkanından digər əhəmiyyətli məsələlərin müzakirəsi üçün də istifadə edəcəyik”.

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi və bu gün müzakirə edilən bir sıra maddələrə dair hər iki tərəfin düşüncələrini ortaq baxışa yaxınlaşdırmaq mümkün olub”.

“Report”un məlumatına görə, bunu isə Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra deyib. Onun sözlərinə görə, danışıqların ayrıca mövzusu sülh müqaviləsidir: “Tərəflər bunun üzərində işləməyə başlayıblar və hazırda o, digər vasitəçilərin də iştirakı ilə fəal şəkildə müzakirə olunur. Ermənistan və Azərbaycan nazirləri Vaşinqtona səfər ediblər, Ermənistan və Azərbaycan liderləri bir həftə əvvəl Brüsseldə olublar. Sülh müqaviləsi üzərində iş, əlbəttə ki, fundamental məsələdir. Amma bizim tərəfdaşlarımız bu gün təsdiqləyiblər ki, delimitasiya məsələləri həll edilmədən, nəqliyyat və kommunikasiya əlaqələri açılmadan sülh müqaviləsinin konkret aspektləri üzrə irəliləmək çətindir”.

S.Lavrov onu da qeyd edib ki, gələn həftə baş nazir müavinlərinin rəhbərliyi altında üçtərəfli qrupun nəqliyyat kommunikasiyalarının açılması məsələlərinə dair görüşü keçirilməlidir: “Ümid edirik ki, yekunda müsbət nəticə əldə olunacaq. Tərəflər artıq yekun razılaşmaya yaxındırlar”.

Oxu.az - Kreml: Azərbaycan Prezidenti və Ermənistanın baş naziri Moskvada  görüşəcəklər

Kreml Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Moskvada görüş olacağını təsdiqləyib. “Report”un Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib. O bildirib ki, görüş gələn həftə keçirilə bilər: “Gələn həftə biz Avrasiya inteqrasiyası məsələləri ilə məşğul olacağıq. Moskvada Avrasiya İqtisadi Forumu və Ali Avrasiya İqtisadi Şurasının iclası olacaq. Biz gözləyirik ki, həm Prezident İlham Əliyev, həm də baş nazir Nikol Paşinyan Moskvada olacaq. Biz mümkün əlaqələr barədə sizə vaxtında məlumat verəcəyik”.

Daha sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüş keçirilib. Tərəflər Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə edirlər. A.Mirzoyan növbəti dəfə Laçın Sərhəd-Nəzarət Məntqəsinin qurulmasına görə şikayətlənib və Rusiyanı şantaj etməyə uğursuz cəhd göstərib.

Müşahidələr onu göstərir ki, irəliyə doğru addımlardan bəhs edən A.Mirzoyan hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımağa psixoloji cəhətdən hazır deyil. Əks təqdirdə sərhəddə postumuzu qurmağımızla bağlı müzakirə açmağa cəhd göstərməzdi. Düzdür, Lavrov onun dediklərinə məhəl qoymadı, amma istənilən halda... Deməli, XİN rəhbərlərinin görüşü Vaşinqtondan sonra növbəti “məşq”dir. Nəzərə alsaq ki, qarşıda Kişinyov və daha bir Brüssel formatı var, o halda Kremlin liderlər səviyyəsində görüşə təşəbbüs göstərməsinin mənası ortaya çıxır. Rusiya təşəbbüsü əldən vermək istəmədiyi üçün görüşləri sıralayıb.

Xatırladaq ki, may ayı girər-girməz, iki ölkə XİN rəhbərləri 1-4 may aralığında ABŞ dövlət katibi Entoni Blinkenin moderatorluğu ilə Vaşinqtonda danışıqlar aparıblar. Bundan 10 gün sonra - mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan üçlü formatda bir araya gəliblər. Mişel deyib ki, növbəti belə görüş iyul ayında olacaq. İyunun 1-də isə liderlərin daha bir təmasının Kişinyovda olacağı anons edilib. Bundan əlavə, liderlərin daha bir görüşünün bu ilin oktyabrında İspaniyanın Qranada şəhərində olacağının anonsu verilib. Srağagün isə Paşinyan daha bir görüşün anonsunu verib: mayın 25-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderləri bir araya gələcəklər (Ola bilsin, nazirlərin Moskva görüşü elə buna hazırlıq xarakteri daşıyır). Bu cür intensivlikdə müzakirələr çoxdandır ki, müşahidə edilmirdi. Bəs təmaslar sıxlaşdıqca mövqelər yaxınlaşırmı? Müzakirələrin yekunu olaraq, iki qonşu ölkə arasında nəhayət, hansısa anlaşma (çərçivə) sənədinin imzalanmasının şahidi olacağıqmı və harada?

“Mən Moskva görüşündən də ciddi nəticələr gözləmirəm”.

Bakupost.az - Qüdrət Həsənquliyev Vasif Talıbov haqda dəhşətli faktlar  açıqladı - VİDEO

Bu pessimist fikri millət vəkili Qüdrət Həsənquliyev Miderator.az-a deyib. Onun sözlərinə görə, regionda baş verən geosiyasi dəyişikliklər Xankəndidə antiterror əməliyyatlarını qaçılmaz edib və yalnız belə tədbirlərdən sonra Ermənistanla ədalətli sülh sazişi imzalamaq olar: “Qarabağın azadlığından sonra qonşular, o cümlədən ermənipərəst Qərb dairələri bizimlə daha səmimi, bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər quracaqlar. Hazırda Ermənistan və bölgədə marağı olan vasitəçilər hərəsi öz marağından Qarabağdakı mövcud status-kvonu qoruyub saxlamaq və bizə ümidlər verməklə danışıqları özləri üçün əlverişli şərait yaranana qədər uzatmağa çalışırlar. Amma nəzərə almırlar ki, Azərbaycan keçmişdən nəticə çıxarıb. Ona görə mən Moskva görüşündən də ciddi nəticələr gözləmirəm”.

Bu mövqeyi digər siyasi müşahidəçilər bölüşürmü? Ümumiyyətlə, üç paytaxtdakı görüşlər hansı perspektiv vəd edir?

Sahib Alıyev:

Deputat Sahib Alıyev  “Yeni Müsavat”a açıqlamasında danışıqlardan real nəticə gözləmədiyini söylədi: “Moskva danşıqlarından nə gözlənildiyini əslində Rusiyanın rəsmi təmsilçiləri də, Qarabağa göndərdikləri dələduz Vartanyan da bildiriblər. Baxın, Lavrov Arlinqton danışıqlarını təşkil edən ABŞ-ın rusların Ermənistandan qovulmasına çalışıdığını deyir. Onun sözçüsü Mariya Zaxarovanın Brüssel danşıqlarından sonra verdiyi açıqlama isə bundan ibarətdir ki, qərbdəkilərin ”səylərinin heç bir konstruktiv və real nəticəsi yoxdur". Demək, Brüsseldə Ermənistan baş naziri nəhayət, Azərbaycanın torpaq bütünlüyünü tanıdığını konkret rəqəmlərlə təsdiqləyir və bunu Reykyavikdə də təkrarlayır. Zaxarova bunu konstuktivlik saymır. Onda sual yaranır ki, yaxşı, bəs konstruktivlik nədir, dələduz Vartanyana Qarabağdakı haydillilərin heç zaman Azərbaycanın tərkibində yaşamayacaqları, lazım gəlsə, hətta savaşacaqları haqda dedirtdikləridirmi konstruktivlik? Biz axı “Valday” Beynəlxalq Diskussiya Klubunun son toplantısında prezident Putinin Ermənistanın Qarabağı Azərbaycan torpağı olaraq tanımasından narazılığını gizlətmək istəmədiyini görmüşük. Ona görə də mən Moskva görüşünü daha çox, Azərbaycanla Ermənistan arasında gedən danışıqlar prosesinin kontrolda saxlandığının, Rusiyanın hər vəchlə bu regionda öz mövcudluğunu qoruyacağının sərgilənməsi kimi qiymətləndirirəm".

Amma S.Alıyev onu da təsdiqləyir ki, Moskva istəsə, bu danışıqlarda tərəflər irəli də gedə bilərlər: “Məsələn, ABŞ dövlət katibi Blinken hər iki ölkədə etnik azlıqların hüquq və təhlükəsiliklərinin təminindən bəhs etmişdi. Moskvanın Qərbi Azərbaycandan olanların tezliklə öz yurd yerlərinə qayıtmalarında, ayırıcı qüvvələrini orada yerləşdirməklə hüquq və təhlükəsizliklərinin təminində mühüm rol oynamaq imkanı var. Belədə bir tərəfdən Rusiyanın regionda laxlayan mövqeləri möhkəmlənərdi, digər tərəfdən də bu, onun mənəvi borcudur. Çünki azərbaycanlıların Ermənistandan deportasiyaları ya Moskvanın birbaşa tapşırığı, ya da izni əsasında reallaşdırlıb. Heç kimə sirr deyil ki, bizə qarşı edilən bütün bu ədalətsizlkilərin arxasında təkcə haylar durmur. Əgər Rusiya bu ədalətsizliyi aradan qaldırmaq istəsə, biz azərbaycanlılar heç zaman onu unudan deyilik. Fəqət qaldıracaqmı? Təəssüf ki, bu suala nikbin cavab vermək olmur”.

Yazı çapa hazırlananadək rəsmi Bakının danışıqların yekunu ilə bağlı mövqeyi açıqlanmamışdı...

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR