İnsanlara hürriyət, millətlərə istiqlal!

Vasif Məhərrəmli restoranda hücuma məruz qaldı: "Az qala öldürsünlər... " VİDEO

3604 03.05.2022 20:23 Şou-biznes A A

Əməkdar artist Vasif Məhərrəmli Bakıda restoranların birində hücuma məruz qalıb.

Musavat.com bildirir ki, bu barədə sənətçinin özü sosial şəbəkədə məlumat yayıb. Əməkdar artist paylaşdığı videoda bildirib:

"Qurd qapısı" restoranı var, buradan üzümü insanlara tutub, demək istəyirəm ki, oranın qapısını açmayın. Çünki orada mütəşəkkil quldur dəstəsi toplumu var. İnsanların cibini soymaqla, baş kəsməklə, qan içməklə məşğuldurlar. Təbii ki, məcazi mənada. Orada qazanılan bütün pullar haramdır.

Bu gün həmin restorana verdiyim pulları haram edirəm. Ofisiantların heç bir günahı yoxdur, amma oradakı müdiriyyət və administrator həm pulumu aldılar, həm də üzərimə şığıdılar. Az qala məni öldürsünlər, oradan zorla qurtuldum".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR