İnsanlara hürriyət, millətlərə istiqlal!

Vasif Həsənov qətlə yetirildi

2113 26.01.2024 00:26 Kriminal A A

Gəncədə qətl hadisəsi baş verib.

Şəhər sakini, 1987-ci il təvəllüldü Vasif Həsənov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. 

***

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Vasif Həsənovun kəsici-deşici alətlə xəsarət yetirilərək qətlə yetirilməsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub.

Polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 1996-cı il təvəllüdlü Yaqub Həsənov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR