İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyanın meyiti Qarabağdan bu cür çıxarılacaq – 2023 2022-yə bənzəməyəcək!

2352 07.01.2023 16:05 Yazarlar A A

Erməni əsilli rusiyalı oliqarx-julik Ruben Vardanyanın Xocalı hava limanı ilə bağlı xam xəyalı təbii ki, elə xəyal olaraq qalacaq. Amma ərazimizə qanunsuz yolla girib üç aydır qanunsuz əməllərlə məşğul olan, kriminalı işlər çevirən Vardanyanın özü Qarabağda uzun müddətə qala biləcəkmi? Əlbəttə, yox.

Şübhəsiz, Azərbaycanın izni olmadan Xocalı hava limanının açılışı bu səbəbə ona həm də günün birində aradan çıxıb canını qurtarmaq üçün gərək idi. Baxma, artıq o da anlayır ki, Laçın yolu bir daha cürbəcür təxribatçı-talançı-soyğunçular üçün, müftə pul qazananlar üçün “su yolu” olmayacaq.

Sözsüz, Rusiya “sülhməramlıları” bu çaqqalı onun istəyi ilə anklavdan uzaqlaşdıra bilər. Ruben üçün ən optimalı da budur. Nə qədər başı çiyni üstündədir, gəldiyi yolla əkilib getmək. Və Qarabağ ermənilərinə öz başlarına çarə qılmağa əngəl olmamaq. Əks halda, oradan onun leşi aparılacaq - ya hava yolu ilə, yada quru – Laçın yolu ilə, avtomobillə.

Yeri gəlmişkən, Rubeni öz soydaşları da aradan götürə bilər. R. Vardanyanın təkidi ilə başqa bir odioz erməni - Vitali Balasanyanın təzəlikcə “hökumət”dən xaric edilməsi bunun ilkin işartısı sayıla bilər. Çirkli pulları bölə bilməyən separatçı-kriminal ünsürlər az sonra bir-birilərinə güllə atsalar, təəccüblənməyəcəyik...

756553135078958 (1).jpg (676 KB)

Anklavdakı ermənilərin bütün bu sonu görünməyən didişmə-qarşıdurmalardan, labüd terror olaylarından, ən əsası, qeyri-müəyyən gələcəkdən qurtulması üçün çarəsi isə cəmi birdir – Azərbaycan bayrağını öpmək, yəni ərazisində yaşadıqları dövlətlə anlaşmaq, qılınclarını boyunlarından asıb Bakıdan əfv diləmək, siçan-pişik oyununa həmişəlik son qoymaq, dövlətlə dövlətçilik eləməmək! Yalnız bundan sonra onların təhlükəsiz və dinc həyatı da olacaq, daimi qazı, istiliyi və işığı da, yeməyə ərzağı, geyməyə paltarı da. Yoxsa heç kimdən, rusdan, fransızdan, amerikandan yox, özlərindən küssünlər...

ABŞ-ın məşhur “beyin mərkəzləri”ndən olan “Karnegi” Fondunun aparıcı eksperti, konfliktoloq, “Qara və bağ” kitabının müəllifi Tomas de Vaal “Azadlıq” radiosunun erməni redaksiyasına dünənki müsahibəsində bu xüsusda maraqlı bir detala diqqət çəkib. Sitat: “Fikrimcə, dəhliz açılandan sonra Qarabağdakı ermənilərin əksəriyyəti çıxıb gedəcək, çünki orda yaşam şərtləri münasib deyil. Bəlkə də elə Azərbaycanın taktikası da budur: Qarabağ erməniləri konflikt olmadan, sadəcə, çıxıb getsin. Hesab edirəm ki, ermənilər üçün şərait bu gedişlə get-gedə daha da çətinləşəcək”.

Amma çətinləşməyə də bilər. Yolunu-yolağasını bir abzas yuxarıda yazdıq: vardanyanların, araiklərin dalınca əsla getməmək, Rusiyadan, Fransadan, ABŞ-dan, İrandan deyil, ərazisində yaşadıqları Azərbaycandan mədət ummaq. Başqa paytaxtlardan yox, Bakıdan nicat gözləmək. Rusiya, Fransa, ABŞ erməni xalqına xoşbəxtlik gətirsəydi 35 ildə, 200 ildə gətirərdi. Kəsəsi, yalnızca Azərbaycan xalqı ilə anlaşmaq!!

Söz düşmüşkən, Bakının Qarabağın erməni icması ilə danışıqları və Vardanyan barədə danışan Tomas de Vaal deyib: “Bəli, danışıqlar aparılırdı, əslində indi də gedir. Sadəcə, məxfi şəkildə aparılırdı. Lakin Vardanyanın mövcudluğu Bakı ilə Qarabağdakı ermənilər arasında gedən danışıqları çətinləşdirdi. Bakı düşünürdü ki, yerli ermənilərlə danışıqlar apara biləcək. Ruben Vardanyan isə buna mane olur. Bakıda belə bir qənaət var ki, Ruben Vardanyan Kremlin layihəsidir. Mən belə düşünmürəm. Ancaq Azərbaycanla razıyam ki, Vardanyanın Qarabağa gəlişi danışıqlar prosesinə ciddi ziyan vurub, onu ləngidib”.

Bu isə yeni və labüd müharibə, ən azından antiterror əməliyyatı deməkdir. Odur ki, təkcə Qarabağdakı girov ermənilər deyil, Ermənistandakı az-maz ağıllı haylar da ciddi şəkildə düşünməli, tələsməlidirlər. 2023-cü il 2022-yə əsla bənzəməyəcək. Bu il əllərdəki bizə qarşı məkrli “kartlar”ın çoxu “vurulacaq”. Vardanyana gəlincə, əgər ona qədər sağ qalsa, “zibili” töküb Fransaya, Rusiyaya, ABŞ-a qaça da bilər, pulu çoxdur, amma altını yenə zavallı mülki ermənilər çəkəcək. Bizdən demək...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR