İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyandan qaçış anonsu: “Qarabağdan getməyim ciddi məyusluğa səbəb olacaq”  

815 18.05.2023 17:46 Region A A

 

“Artsax xalqı öz vətənini sona qədər müdafiə etməyə 100% hazırdır, bu, ruhlandırıcıdır”.

Bunu mayın 18-də keçirdiyi mətbuat konfransında özünü “Dağlıq Qarabağ Təhlükəsizlik və İnkişaf Cəbhəsinin koordinatoru” adlandıran, qondarma qurumun keçmiş oyuncaq “dövlət naziri” Ruben Vardanyan deyib.

“İnsanların mənə olan inancına görə məsuliyyət hiss edirəm, bunu hər gün hiss edirəm. Söhbət xilaskardan, vəzifədən getmir, Vətənimizin gələcəyini həll etmək vəzifəsidir”-Vardanyan daha sonra çərənləyib.

R.Vardanyan iddia edib ki, onun Qarabağdan getməsi “ciddi məyusluğa səbəb olacaq”.

Onun sözlərinə görə, vəzifə insanları liturgik yuxudan çıxarmaqdır. “Biz çətin yoldan keçməliyik, lakin bu yolu birlikdə keçməliyik. Dağlıq Qarabağa ciddi inamsızlıq var. Yuxuda iradəni, ruhu, inamı bərpa etmək lazımdır. 1998-ci ildə də konkret proqram yox idi, amma insanları birləşdirən ideya və həvəs var idi. Eyni zamanda, blokadaya baxmayaraq, mən Artsaxın sadə xalqında döyüşmək iradəsini görürəm”- insanları qəflət yuxusundan ayıltmağa çalışan, özü isə reallığı hələ də dərk edə bilməyən Vardanyan daha sonra sayıqlamalarını bu şəkildə davam etdirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR