İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyan Qarabağdan çıxa bilmir - "Tam təcrid olunmuş durumdayam" - VİDEO

3182 18.05.2023 09:32 Son xəbər A A

 

Bir müddət əvvəl Rusiyadakı biznes fəaliyyətinə xitam verərək Qarabağın dağlıq hissəsində qurulmuş qondarma "dövlət" qurumunda siyasi fəaliyyət göstərməyə gəlmiş, daha sonra silsilə uğursuzluqlara düçar olmuş erməni iş adamı Ruben Vardanyan video - müsahibə verərək tam təcrid vəziyyətində olduğunu, Dağlıq Qarabağdan çıxa bilmədiyini deyib.

Vardanyan deyib ki, Azərbaycanın hüquq-mühafizə orqanları sərhəddə Qarabağa girib-çxan erməniləri yoxladığı üçün o, Xankəndidən çıxa bilmir. Helikopterlə çıxsa, Azərbaycanın həmin helikopteri vuracağını ehtimal edir.

Vardanyan yenə də erməniliyindən qalmır: çarəsiz durumunda da deyir: "Burada qalıb, öz xalqımla öz torpaqlarımızda azad yaşamaq uğrunda mübarizəni davam etdirəcəm".

Paşinyanın dünən Reykyavikdəki çıxışı, ardınca isə Vardanyanın Qarabağda verdiyi müsahibə bir gerçəyi ortaya qoyur: hətta ən revanşist erməni də anlayır və qəbullanır ki, QARABAĞ AZƏRBAYCANDIR!
Musavat.com sabiq "dövlət naziri"nin rusca verdiyi müsahibəsindən fraqmentləri təqdim edir:

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR