İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyan hələ də Xankəndidədir: Ermənilərə "qaz" verməkdə davam edir

3021 21.09.2023 16:43 Gündəm A A

Musavat.com xəbər verir ki, Rusiyanın Xankəndidə olan erməniəsilli adamı Ruben Vardanyan yenidən separatçı fikirlər səsləndirərək video paylaşıb.

O, Ermənistanın müstəqillik gününü təbrik edib və aşağıdakı sözləri deyib:

""Bizim iki vətənimiz var Ermənistan və "Artsax". Bu ikisi bir gün birləşəcək. Heç kim bunu unutmamalıdır və bu ideyaya heç kim mane ola bilməz".

Musavat.com-un şərhi: Vardanyanın bu çıxışı daha çox Paşinyana göndərmədir. Erməni separatizminin yaşayan ideoloqlarından olan bu avantüristin çıxışını da xüsusi ilə təqdim edirik. Onun üzündəki və nitqindəki pessimizmə diqqət edin. Vardanyan ermənizmin bütün hədəfləri kimi çökmüş durumdadır. Yazıqlıq, bədbinlik, gələcəyə inamsızlıq yağan bu nitqi hər kəs daha çox paylaşmalıdır. ''Böyük Ermənistan'' xülyası görün bütün erməniliyi və milyardları olan Vardanyanı hansı duruma gətirib. 

 Həmin videonu təqdim edirik: 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR