İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyan: Ermənistan bölgənin ağılsız siçovuluna dönüb

926 15.07.2024 16:21 Siyasət A A

 

Paşinyan tərəfindən həyata keçirilən anti-Rusiya təbliğatı və xarici siyasət Ermənistanın regionda “ağılsız siçovul” statusu almasına gətirib çıxarıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ümumerməni Fondunun keçmiş direktoru Ara Vardanyan bildirib.

“Bu gün aktiv anti-Rusiya təbliğatı aparanların hamısı, nədənsə seçdiyi kurs nəticəsində Ermənistanı hansı nəticələrin təhdid etdiyi barədə susur, sözün hərfi mənasında ölkədə aclıq olacağını demirlər. Bu gün hamı öyrəşib ki, işıq var, qaz var, mağazalarda yemək var, amma az adam başa düşür ki, Rusiya və İranla münasibətlər pozulacağı təqdirdə Ermənistan bütün bunlardan bir gecədə məhrum ola bilər”, - deyə Vardanyan bildirib.

Vardanyan Gürcüstanın Rusiya ilə münasibətlərini fəal şəkildə bərpa etməsinə, Azərbaycanın isə həm Rusiya, həm də NATO ölkəsi Türkiyə ilə əlaqələrini intensivləşdirməsinə diqqət çəkib. Onun sözlərinə görə, bunun fonunda Ermənistan Qərbin boş vədlərinə əsaslanaraq Rusiya ilə münasibətlərini aktiv şəkildə korlayır. “Biz regionda bir növ mənasız siçovul statusu qazanırıq, bu səbəbdən hamı pis qoxuya görə burnunu yuxarı qaldırır”, - deyə Vardanyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR