İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardan Oskanyan: “200-300 min azərbaycanlı gəlib…”

13463 08.06.2024 18:05 Region A A

“Bu hakimiyyətin dövründə biz Qarabağı bir dövlət kimi, ərazi kimi, Vətənin bir hissəsi kimi itirdik”.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bu sərsəm açıqlama ilə Ermənistanın sabiq XİN rəhbəri Vardan Oskanyan çıxış edib.

Radikalların nümayəndəsi yana-yana əlavə edib ki, bu gün “artsax yoxdur, bu hakimiyyətlər artsaxı nimçədə Azərbaycana veriblər”.

Oskanyan Facebook sosial şəbəkəsindəki videomüraciətində iddia edib ki, Azərbaycan hətta ən çılğın fantaziyalarında belə vəziyyətin yaranacağını təsəvvür edə bilməzdi.

“Bu hakimiyyət bunu bacardı, boş olan artsaxı düşmənlərə verdilər. Bu gün Azərbaycan Ermənistanın suveren ərazisini işğal edib və ona qarşı heç bir iş görülmür. Bu hakimiyyətin yanlış siyasəti nəticəsində 4 min insan öldü, gənclər öldü, 10 min gənc əlil oldu”, - V.Oskanyan ardınca anlaqsız vəziyyətdə olduğunu bu sayıqlamalarla bir daha təsdiqləyib.

“Və bu, hamısı deyil, Kirantsdan başladı, biz əraziləri təhvil verməyə davam edəcəyik, ola bilsin ki, dəhliz çəkilsin. Ola bilsin ki, 200-300 min azərbaycanlı gəlib hər gün azalan Ermənistan ərazisinə yaşasın. Bütün bunların yaxın gələcəkdə reallığa çevrilməsi heç kəsi təəccübləndirməsin”, - eks-nazir əlavə edib.

Oskanyan qeyd edib ki, bütün bunlarla yanaşı, hər şeyi sabit və başa düşülən etmək üçün bu xalqın mahiyyətini və kimliyini dəyişməyə çalışırlar: "Bugünkü mübarizəmiz məhz buna qarşıdır. Bu hakimiyyətlər üçün “erməni” heç bir məzmunu olmayan etiket deməkdir, Ermənistan onların yaşaya biləcəyi coğrafi ərazidir. Bu iqtidar üçün ümumiyyətlə vətən yoxdur, üstəlik onlar üçün Allah da yoxdur”, Vardanyan deyib.

Vardan Oskanyan qeyd edib ki, o, arxiyepiskop Baqrat Qalstanyanın mövqeyi ilə razıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR