İnsanlara hürriyət, millətlərə istiqlal!

"Vaqner"hərbi şirkətinin qurucusu vaxtilə quldurluqla məşğul olub

761 10.11.2022 15:09 Kriminal A A

Sankt-Peterburqlu biznesmen və mediada “Putinin aşpazı” kimi tanınan Yevgeni Priqojinin 1980-ci illərdə quldurluq, soyğunçuluq və dələduzluğa görə məhkum olunduğunu sübut edən məhkəmə sənədləri ortaya çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiyada fəaliyyəti yasaqlanan “Meduza” saytı məlumat yayıb.

Həmin dövrdə Priqojinin apellyasiya şikayəti üzrə kassasiya instansiyasının qərarı sayt redaktorlarının əlinə keçib. Burada gələcək iş adamının mühakimə olunduğu cinayətləri sadalanıb.

Məlum olub ki Leninqradın (Sankt-Peterburq-red.) Jdanovsk Rayon Xalq Məhkəməsinin 6 oktyabr 1981-ci il tarixli hökmünə əsasən, Priqojin 3 başqa şəxslə birlikdə küçədə bir qadını bıçaqla hədələyərək quldurluq edib, onun 50 rubl dəyərində qızıl sırğalarını əlindən alıblar. Üstəlik, Priqojin qurbanını huşunu itirənə qədər boğub.

Həmçinin Priqojinin üzvü olduğu qrup daha bir neçə quldurluq aktı törədib, ümumi məbləği iki min rubldan çox olan əmlakı oğurlayıb. Bu məbləğ sovet standartlarına görə təxminən iyirmi orta aylıq əmək haqqına bərabər olub.

Oğurlanan əşyalar arasında maqnitofon, radio aparatı, büllur şüşə qablar, avtomobilin sükanı üçün hörüklər, 3 faizli istiqrazlar da olub.

Bundan əlavə, Leninqradın Jdanovsk Rayon Məhkəməsi Priqojini və onun əlbirlərini yetkinlik yaşına çatmayan uşaqları cinayət fəaliyyətinə cəlb etməkdə təqsirli bilib.

Nəticələdə, sənədlərdə göstərildiyi kimi, Yevgeni Priqojin öncə 1979-cu ildə Leninqrad şəhərinin Kuybışev rayon məhkəməsinin 29 noyabr 1979 cu il tarixli qərarı ilə 2,5 il, Jdanovsk rayounun 6 oktyabr 1981-ci il tarixli qərarı ilə “gücləndirilmiş rejim”də çəkilməklə 13 il həbs cəzası alıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR