İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaqları istismar edən keçmiş həkimə ŞOK CƏZA FOTO

1077 09.10.2022 09:41 Kriminal A A

ABŞ-ın Arkanzas ştatında yaşayan 58 yaşlı keçmiş həkim Barri Alan Uoker 12 uşağa cinsi təcavüz etməkdə günahlandırılıb.

Musavat.com xəbər verir ki, 132-dən çox ittihamla üzləşən Uoker cinayətlərinin üstü açıldıqdan sonra məhkəmə tərəfindən 18 dəfə ömürlük həbs cəzasına məhkum edilib.

Arkanzas ştatının Qlenvud şəhərindən olan 58 yaşlı Barri Alan Uoker cinayətlərindən sonra mühakimə olunduğu Clark County Məhkəməsində 21 oxşar ittihamla üzləşib. 12 fərqli uşağa qarşı cinsi təcavüz də daxil olmaqla, ona qarşı irəli sürülən bütün ittihamları boynuna alan Uoker üçün məhkəmə şərti azadlığa buraxılmamaq və eyni vaxtda 18 ayrı ömürlük həbs cəzası verilməsini əmr edib.

West Arkansas man pleads not guilty to child Clark County sexual assault  charges

Məhkəmədə 12 zərərçəkmişdən 6-sı ifadə verib. Qurbanlardan 9-u kiçik uşaqlar olub. Uoker 1997-2021-ci illər arasında Pike və Clark əyalətlərində ümumilikdə 132 ittiham üzrə mühakimə olunub, iyun ayında həbs edildikdən sonra məhkəmədə 31 uşaq iştirak edib.

Uoker daha əvvəl 1999-cu ildə səkkiz yaşlı uşağa cinsi təcavüz etməkdə təqsirli bilinib. 2000-ci ildə lisenziyası ləğv edilən həkim həbsxanada sıxlıq olduğu üçün 18 min funt sterlinq girov qarşılığında sərbəst buraxılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR