İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaq böyütmək xərclərinə görə lider ÖLKƏLƏR

691 21.02.2024 19:30 Dünya A A

Çinin "YuWa" Demoqrafik Tədqiqat İnstitutu uşaq böyütmək xərclərinin yüksək olduğu ölkələrlə bağlı araşdırma dərc edib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatın müəllifləri uşağın doğulmasından 18 yaşına qədər müxtəlif ölkələrdə valideynlərin orta xərclərini hesablayıb və bu məbləğləri ölkədə adambaşına düşən ÜDM ilə müqayisə ediblər.

Məlumata görə, Cənubi Koreya tədqiq edilən 14 ölkə arasında birinci yerdə qərarlaşıb. Belə ki, bu ölkədə 18 il ərzində uşağın böyüdülməsi xərcləri adambaşına düşən ÜDM-dən 7,8 dəfə çoxdur.

Xərclər Çin və İtaliyada adambaşına düşən ÜDM-dən 6,3 dəfə, Böyük Britaniyada isə 5,3 dəfə yüksəkdir.

Əksər ölkələrdə bu nisbət aşağıdır. Məsələn, ABŞ-da 4,1 dəfə, Almaniyada 3,6 dəfə, İsveçdə 2,9 dəfə, Avstraliyada 2,1 dəfə.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR