İnsanlara hürriyət, millətlərə istiqlal!

Ursula fon der Lyayen COP28-in uğurla başa çatmasını alqışlayıb

351 13.12.2023 13:13 Siyasət A A

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP28-in uğurla başa çatmasını və Paris Sazişinin ilk Qlobal Dəyərləndirməsini alqışlayıb.

"Report" xəbər verir ki, o bu kritik onillikdə təcili tədbirlər görməklə 2050-ci ilə qədər emissiyaların xalis sıfıra endirilməsini sürətləndirmək üçün çoxtərəfli sazişin çox vacib amil olduğunu vurğulayıb.

"Buraya bütün tərəflərin qalıq yanacaqlardan uzaqlaşmaya dair razılaşması daxildir. Biz 2030-cu ilə qədər qlobal emissiyaları 43% azaltmaq barədə razılığa gəldik ki. Bu, daha təmiz və sağlam iqtisadiyyata keçidi sürətləndirəcək", - o qeyd edib.

Ursula fon der Lyayen daha çox şey etməyə hazır olduqlarını bildirib: "Ancaq daha çox iş görülməlidir. Məsələn, COP28 həm də digər tərəflərlə karbon qiymətlərini müzakirə etmək imkanı yaratdı ki, daha çox ölkə çirklənməyə qiymət qoymağa başladı. Biz həmçinin daha geniş maliyyə islahatları, yeni innovativ maliyyə mənbələri və bütün maliyyə axınlarını Paris Sazişinə uyğunlaşdırmaq üçün zəmin yaratmağı da bacardıq".

Qeyd edək ki, COP29 növbəti il Bakıda keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR