İnsanlara hürriyət, millətlərə istiqlal!

Ulduz cütlük evlilik ildönümünü ayrı keçirdi FOTO

610 18.07.2024 01:51 Şou-biznes A A

Cennifer Lopez və Ben Afflek evliliklərinin ikinci ildönümünü ayrı-ayrılıqda qeyd ediblər.

Oxu.Az kinonews.ru-ya istinadən xəbər verir ki, Avropaya uzun səfərdən sonra Nyu Yorkda vaxt keçirən 54 yaşlı Lopez Hemptonsda velosiped sürərkən görüntülənib.

Onun və Ben Afflekin Las-Veqasda özəl mərasimdəki nikahlarından iki il ötür.

Ben Afflekə gəlincə, həmin gün o, qara iş kostyumunda, əlində böyük idman çantası ilə Los-Ancelesdəki ofisinə girərkən görüntülənib.

Aktyor yayın çox hissəsini Kaliforniyada keçirib və Cennifer Lopezlə birgə tədbirlərə, o cümlədən Met Qala gecəsinə və aktrisanın elmi-fantastik "Atlas" filminin premyerasına getməyib.

Hər ikisi evliliklərinin statusu barədə ictimaiyyətə açıqlama verməsələr də, məşhur cütlüyə yaxın mənbələr yay üçün birlikdə heç bir planlarının olmadığını bildiriblər. Ulduzlar evləndikdən sonra aldıqları ailə malikanəsini də satışa çıxarıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR