İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya ŞOK - 50 milyardlıq yardımdan MƏHRUM OLDU

1067 15.12.2023 13:46 Dünya A A

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) Ukraynaya ayırdığı 50 milyard avro dəyərində uzunmüddətli büdcə yardımına veto qoyub.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçi bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Gələn il Aİ sammitində müvafiq hazırlıqdan sonra bu məsələyə qayıdacağıq", - o deyib.

Qeyd edək ki, Ukraynaya 2027-ci ilin sonuna qədər 50 milyard avro məbləğində yardım proqramı Aİ-yə üzv dövlətlərin liderlərinin əsas mövzularından biri olub. Eyni zamanda, Avropa Komissiyası Kiyevə nəzərdə tutulan maliyyə vəsaitindən 33 milyard avronu kredit kimi, 17 milyard avronu isə pulsuz əsaslarla qrant kimi ayıracağını vəd edib.

Proqram Ukrayna büdcəsini doldurmaq üçün nəzərdə tutulub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR