İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya dəyən zərər hesablanmağa başladı - bəs “Azərbaycanın Xirosiması...”

612 19.05.2023 13:27 Siyasət A A

Qərb Ermənistanın ölkəmizə  vurduğu maddi ziyana görə kompensasiya ödənilməli olduğunu dilinə belə gətirmir

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya dəymiş ziyanın beynəlxalq reyestrinin yaradıldığını açıqlayıb. Avropa Şurasının Reykyavikdə keçirilən beynəlxalq sammitində Fransa Prezidenti deyib ki, Rusiya hərbçilərinin hərbi müdaxiləsi nəticəsində Ukraynaya dəymiş ziyanı qeydə alınaraq beynəlxalq reyestrə daxil ediləcək.  Makron bütün dövlətləri bu reyestrin hazırlanmasında fəal iştirak etməyə çağırıb.

Beynəlxalq reyestr Hollandiyada fəaliyyət göstərəcək. O, zərərin sübutunu, eləcə də kompensasiya tələblərini qeyd edəcək. Reyestr fiziki və hüquqi şəxslər, habelə Ukrayna hökuməti, o cümlədən regional və yerli hakimiyyət orqanları, dövlət müəssisələri üçün əlçatan olacaq. Ukraynaya dəymiş zərərin hesablanmasına etirazımız yoxdur. Amma necə olur ki, Azərbaycanın torpaqlarını 30 il işğal altında saxlayaraq, dağı-daşı üstündə qoymayan Ermənistandan da bu cür kompensasiya tələb etmək dünya birliyinin, o cümlədən Avropa Şurasının yadına düşmür? Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı zamanı ölkədə ağır humanitar böhran vəziyyətinin yaranması, çoxsaylı sosial-iqtisadi obyektlərin məhv edilməsi və ölkə iqtisadiyyatına ciddi ziyanların vurulması ilə yanaşı, Azərbaycan xalqının tarixi, maddi mədəniyyət abidələrinə də ağır zərər vurulub.

Dünyada baş verən hərbi münaqişələrdən sonra vurulan ziyanı ödəmək üçün ölkələr qarşısında öhdəlik yaradan bir sıra digər hüquqi aktlar da var. Belə ki, 1966-cı il 16 dekabr tarixli “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt, 1954-cü il 14 may tarixli “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyası, 1954-cü il 19 dekabr tarixli Avropa Mədəniyyət Konvensiyası, 1972-ci il 16 noyabr tarixli UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyası və digər beynəlxalq sənədlər tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi, onlardan istifadə və ümumilikdə insanların mədəni hüquqlarının müdafiəsi ilə bağlı müddəaları təsbit edir.

Körfəz müharibəsi zamanı (İraq-Küveyt arasında 1991-ci il yanvarın 17-si - 1991-ci il fevralın 28-i) tərəflərin bir-birinə vurduğu ziyanın ödənilməsi üçün BMT tərəfindən komissiya yaradılıb. Beləliklə, Azərbaycana Ermənistanın vurduğu maddi ziyanın miqyasını və potensial iddiaçıların sayının bir milyonu keçdiyini nəzərə alaraq, hərbi təcavüz nəticəsində yaranan həm əmlak, həm də infrastruktur iddiaları üçün BMT-nin İraq və Küveyt Təzminat Komissiyasına bənzər beynəlxalq komissiya yaradılması zəruridir. İraq və Küveyt Təzminat Komissiyasının iddiası ilə İraq 1990-1991-ci illərdə Küveyt iqtisadiyyatına və vətəndaşlarına vurduğu ziyana görə 50 milyard dollardan çox təzminat ödəyib. BMT və digər beynəlxalq insan hüquqları müdafiə təşkilatları Ermənistanın qarşısında bu öhdəlikləri qoymalı və yerinə yetirilməsinə nəzarət etməlidirlər. Təzminatın göstərilən bütün formaları Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsində öz əksini mütləq tapmalıdır.

Azərbaycan indi yalnız öz maddi imkanları hesabına milyardlarla ölçülən dağıntıları bərpa etmək üçün çalışır.  Dünya Ukraynaya vurulan maddi zərər üçün hərəkətə keçdi, bəs Azərbaycan niyə yaddan çıxıb?

Ağamalının 2 müavini-FİKRƏT YUSİFOV VƏ ARZUMAN ABDULKƏRİMOV SEÇKİDƏN  ÇƏKİLDİ – YENİLƏNİB – EtikXəbər

 Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov hər zaman olduğu kimi indi də hökm sürən bir məsələyə toxundu: “Qərb ona lazım olanda əsassız hərbi müdaxiləni, işğalı və ümumiyyətlə, özünə sərf edən istənilən halı həyasızcasına dəstəkləyir və bunun dəstəklənməsini başqa ölkələrdən də tələb edir. Otuz ilə yaxın Qarabağ bölgəsində ermənilər tərəfindən viran qoyulmuş yaşayış məntəqələrimizdə Azərbaycana vurulan zərər, Azərbaycanın Ümumi Daxili Məhsulundan dəfələrlə çox olsa da, bu gün Qərb, Ermənistanın bizə vurduğu maddi ziyana görə kompensasiya ödənilməli olduğunu dilinə belə gətirmir. Bu səbəbdən, biz də haqlı olaraq Qərbin öz sərhədlərindən kənardakı "demokratiyasına" güvənmirik. Onların sərhədlərindən kənardakı “demokratiya” onların öz maraqlarına xidmət edir".

Akif Nağı və xanımı “Yeni klinika”ya yerləşdirildi

 Akif Nağı 

Azad Vətən Partiyasının Akif Nağı da eyni cür düşünür. Onun fikrincə, Azərbaycan tərəfi daim təzminat məsələsini gündəmdə saxlamalıdır: “Ona görə də danışıqlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması deyil, Ermənistanın işğalçı hərəkətlərinin, hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması müstəvisində getməlidir. Bu müstəvidə də digər məsələlərlə yanaşı təzminat tələbi də qoyulmalıdır. Təəssüf ki, biz buna nail ola bilməmişik. İndi növbəti dəfə ikili standartlarla üzləşirik. Rusiyaya, İraqa bir mövqedən, bizə isə tamam fərqli mövqedən yanaşır, Ermənistanın Azərbaycana qarşı törətdiklərini görməzdən gəlirlər. Burada ikili standartlarla yanaşı, konkret maraq da rol oynayır. Qərb Ukrayna müharibəsi ilə Rusiyanı taqətsiz hala gətirmək istəyir. Bunun üçün təzminat məsələsindən də istifadə etməyə çalışırlar. Biz bu prosesləri diqqətlə izləməli, məqamında məsələ qaldırıb nəticəyə nail olmalıyıq. Bunun üçün İraq və Rusiya nümunələrini beynəlxalq birliyin, uyğun qurumların nəzərinə yorulmadan çatdırmalıyıq. Məncə, faktları toplaya bilsək, nəticəyə ümid etmək olar. Amma bu prosedurları beynəlxalq tələblərə uyğun və məlumatlı hüquqşünasların iştirakı ilə etməliyik”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR