İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın vitse-spikerindən Azərbaycana həyəcanlı çağırış

4378 16.05.2023 14:24 Son xəbər A A

Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk həyəcanlı çıxışı ilə diqqət çəkdi.

Parlamentar müharibə zamanı Rusiyaya aparılmış ukraynalı uşaqların ölkələrinə qaytarılmasına kömək etmək üçün Azərbaycana müraciət ünvanladı: “Azərbaycana müraciət edirəm ki, Rusiyaya aparılmış ukraynalı uşaqların ölkəmizə qaytarılmasına kömək etsin. Müharibə zamanı 20 min ukraynalı uşaq Rusiyaya zorla deportasiya edilib. Bu cinayət sənədləşdirilib və Beynəlxalq Cinayət Məhkəməsi cinayətkarların həbsinə order verib. Ona görə də Azərbaycana müraciət edirəm ki, bütün ukraynalı uşaqları evlərinə qaytarmaqda bizə kömək etsinlər”.

Olena Kondratyuk Ukraynanın suverenliyinə dəstəyə görə Azərbaycana təşəkkür etdi.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR