İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın Qazaxıstandakı keçmiş səfiri axtarışa verilib

473 04.03.2024 12:30 Dünya A A

Moskva məhkəməsi Ukraynanın Qazaxıstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Pyotr Vrublevskinin qiyabi həbsinə icazə verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, məumatda deyilir: “İbtidai istintaq orqanı qiyabi olaraq nifrət və ya ədavət salmaqda, habelə insan ləyaqətini alçaltmaqda təqsirləndirilən Pyotr Yuryeviç Vrublevskiyə qarşı cinayət işinin istintaqı çərçivəsində ukraynalı diplomat federal, daha sonra beynəlxalq axtarışa verilib”.

Bundan əlavə, Moskva məhkəməsi istintaqın Vrublevskinin ekstradisiya edildiyi gündən və ya təqsirləndirilən şəxsin həbsdə saxlandığı andan etibarən iki ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətini təmin edib.

Ukraynanın keçmiş səfirinin qiyabi həbsi barədə qərar çıxaran Basmannı məhkəməsinin məlumat bazasında qeyd edilir ki, müvafiq qərardan hələ ki apellyasiya şikayəti verilməyib. Pyotr Vrublevski haqqında məlumatlar Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında da qeyd olunub. Eyni zamanda, məhkəmə və Rusiya hüquq-mühafizə orqanları Ukraynanın Qazaxıstandakı keçmiş fövqəladə və səlahiyyətli səfirinə qarşı cinayət işi ilə bağlı təfərrüatları dəqiqləşdirməyiblər.

2022-ci ilin avqustunda qazaxıstanlı bloger Dias Kuzairovla müsahibədə Vrublevski Ukrayna rejiminin mümkün qədər çox rusu öldürməyə çalışmalı olduğunu bildirib. Bundan sonra xarici işlər nazirinin müavini Ermuxambet Konuspaev Qazaxıstan Xarici İşlər Nazirliyində onunla görüşüb və Ukraynadan olan diplomata etiraz edilib. Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov daha sonra qeyd edib ki, ukraynalı siyasətçi verdiyi açıqlamalara görə Qazaxıstan Xarici İşlər Nazirliyindən üzr istəyib. Lakin o, ölkədən qovulmayıb, məzuniyyətə gedib. Vrublevski sonradan tutduğu vəzifədən uzaqlaşdırılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR