İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın ən varlı adamlarından biri “vətənə xəyanət”ə görə həbs edildi

1701 23.10.2022 02:07 Kriminal A A

Ukraynanın tanınmış iş adamı Vyaçeslav Boquslayev Rusiyaya işləməkdə şübhəli bilinirərək həbs edilib.

Musavat.com Ukrayna mediasına istinaədn xəbər verir ki,o, hazırda Ukraynaya hücumlarda iştirak edən Rusiya təyyarələri və helikopterlərinin hissələrini təchiz etməkdə, həm də birbaşa Rusiya xüsusi xidmət orqanlarına çalışmaqda suçlanır.

Ukraynanın tanınmış sənaye, ictimai və siyasi xadimlərindən sayılan Vyaçeslav Boquslaev vaxtilə ölkənin “Milli qəhrəmanı” adına layiq görülübmüş. Bundan başqa o, Ali Radaya (5-ci, 6-cı, 7-ci, 8-ci çağırışlar) üzv seçilib. Boquslayev “Motor Sich” adlı şirkətin 1994-cü ildən idarə heyətinin rəhbəri, baş direktor, direktorlar şurasının sədri, fəxri prezidenti kimi fəaliyyət göstərib vı Ukraynanın ən zəngin 25 adamı sırasında olub.

Xatırladaq ki, “Motor Sich” təyyarə qaz turbin mühərriklərinin istehsalı üzrə ixtisaslaşmış aparıcı firmalardan sayılır. Korporasiya Moskvada qeydiyyatdan keçmiş iki Rusiya şirkətinin də ortaq sahibidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR